Türkiyə builki "Eurovision" mahnı müsabiqəsinə qatılmasa da yarışmasa türk dilində mahnı səslənə bilər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İrlandiyanı müsabiqədə təmsil edəcək mahnının seçimində 3 türk, 2 irandiyalıdan ibarət "Inchequin" adlı qrupun hazırladığı "Son kez" (Son dəfə) adlı mahnı finala qalan 5 mahnının arasına düşüb. Mahnıda türk və ingilis dillərindən istifadə edilib.
Qeyd edək ki, "Son Kez" mahnısı fevralın 22-də İrlandiyada keçiriləcək final mərhələsində seçilərsə, o zaman mayda baş tutacaq müsabiqədə adıçəkilən ölkənin ifası kimi səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB