“Eurovision 2013″-də ölkəmizi 128-dən çox...

“Eurovision 2013″-də ölkəmizi 128-dən çox...

"Eurovision 2013″ mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turlarında iştirak üçün 128-dən çox insan sənəd verib. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, bu haqda "Eurovision" mahnı müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova bildirib. Onun sözlərinə görə, noyabrın 2-dən dinləmələr başlayıb.

Dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Milli seçim turunun əsas mərhələsinə isə noyabrın ortalarında start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə