Rəsm əsəri ayaqyolundan asılıb

İranlı rəssam Məhəmməd Afşariyə məxsus "Ayrılıq" adlı rəsm əsəri Türk restoranlarının birinda tapılıb. Əsər məkanın ayaqyolunun qapısından asılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Van zəlzələsindən sonra dağılan sənət qalereyasından məşhur rəssamlara məxsus 150 əsər oğurlanıb. Oğurlanan rəsm əsərinin təhqir olunmasını elə qalereyanın sahibi Adnan İldırım görüb.

Rəsm əsərinin mənimsənərək təhqir olunmasını öyrənən İldırım dəhşətə gəlib. Restoran sahibi ilə danışan Adnan əsərləri 5 türk lirəsinə aldığını öyrənib. Məlum olub ki, restoran sahibi qadın və kişi ayaqyolunun fərqli dizayndə təqdim olunması üçün bu əsərlərdən istifadə edib.

Oğurluq faktı ilə bağlı polisə müraciət edən Adnan məsələnin həll olunması üçün əlindən gələni edib. İldırım tabloların pulunu ödəyərək geri alıb.

Qeyd edək ki, restorandan geri alınan əsərlər, o cümlədən İranlı Məhəmməd Afşarinin 'Ayrılıq' adlı tablosu da bu ayın sonuna qədər sərgiyə çıxarılacaq.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə