Yunanıstan Eurovision təmsilçisini martın 12-də seçəcək

Yunanıstan Eurovision təmsilçisini martın 12-də seçəcək

Yunanıstanın \"Eurovision-2012\"də ölkəsini təmsil etməyə iddialı 4 müğənni və onların mahnılarının adları açıqlanıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 12-də "Ellinikos Telikos" adlanan Milli Finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər:


1. "Baby I\'m Yours" mahnısı ilə Dora


2. "Killer Bee" mahnısı ilə Cassiopeia


3. "No Parking" mahnısı ilə "Velvet Fire" qrupu


4. "Aphrosdisiac" mahnısı ilə Eleftheria Eleftheriou


Mahnıların klipləri artıq ERT televiziyasının veb saytında yerləşdirilib. Finalçıların klipini bu linkdə izləmək mümkündür.


Qeyd edək ki, Yunanıstanı builki Eurovision şousunda təmsil edəcək mahnı həmin kliplər arasından seçiləcək. Səsvermə münsiflər heyəti və tamaşaçıların rəyi əsasında aparılacaq.


Yunanıstan təmsilçisi Bakıdakı Eurovision səhnəsində ilk çıxışını mayın 22-də keçirilən birinci yarımfinalda edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə