Eurovision.tv saytında Eurovision Mahnı Müsabiqəsi Bakı 2012 İşçi Qrupunun "Azərbaycana səyahət" layihəsi start götürüb. İşçi Qrupundan SİA-ya verilən məlumata görə, bu silsilədən yayımlanacaq reportajlarda qədim tarixi olan Azərbaycanın mədəniyyəti, incəsənəti və turizm məkanları tanıdılacaq.
Eləcə də xalqımızın çoxəsrlik adət-ənənələri, milli-mədəni dəyərlərimiz, memarlıq və sənət incilərimiz barəsində videomateriallar yayımlanacaq.
Həmin silsilədən ilk reportaj İçərişəhərdə çəkilib. Həmin videonu sizlərə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB