Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Xocalı soyqırımının 20 illiyinə həsr olunan sərgi keçirib
Bu gün Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Xocalı soyqırımının 20 illiyinə həsr olunan sərgi keçirib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən İB-nin sədri Elşən Uluxanlı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımını gənc nəslə lazımi şəkildə çatdırılmasıdır: "Gənc nəsil bilməlidir ki, ermənilər Azərbaycan xalqına qarşı hansı vəhşilikləri törədib. Sərgidə 150-ə yaxın əsər nümayiş olunacaq. 1905-18-ci illərdə baş verən döyüşlər, 1992-ci ildə baş verən Xocalı soyqırımını özündə əks etdirən şəkillər nümayiş olunacaq. Bu sərgi birliyimizin 4-cü rayonda keçirdiyimiz tədbirlərdən biridir. Bu kimi tədbirləri il ərzində respublikanın müxtəlif rayonlarında keçirməyi nəzərdə tuturuq".
İB-nin sədri onu da vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub".
Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin bu kimi tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, sərgi Azərbaycan Xalqının Soyqırımı Qurbanları muzeyi və İctimai Birliyin birgə təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB