Oktyabrın 6-10-da Bakıda Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləri, \"Park Cinema\" və \"Azercell Telekom\"-un birgə təşkilatçılığı ilə Avropa Kino Festivalı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Festival zamanı müasir Avropa filmlərinin nümayişi ilə yanaşı, Avropanın dünya şöhrətli film rejisorları və aktyorları da tədbirdə iştirak edəcəklər.
Festivalın qonaqları fransız kino rejissoru Olivier Horley, avstriyalı kino rejissor Maykl Qlavoqqer, polşalı kino rejissoru Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kino rejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir. Filmlərə baxışdan sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcək.
Avropa İttifaqına daxil olan Azərbaycanda təmsil olunmuş 12 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Birləşmiş Krallıq və Yunanıstan və Fransanın birgə səyi ilə çəkilmiş film) 11 filmin nümayişi proqrama daxildir.
Bütün filmlərə giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB