Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin həyat və yaradıcılığına həsr olunan "Maestro. Özüm və zaman haqqında" sənədli filmi çəkilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, "Salnamə" və "Cinealliance" studiyalarının birgə istehsalı olan filmin ssenari müəllifi və rejissoru xalq artisti Tofiq İsmayılov, operatoru Ziya Babayev, musiqi redaktoru Rauf Əliyev, redaktoru Ramiz Əliyevdir. Filmin qəhrəmanı öz həyatı və sənəti haqqında, müəllimləri, dostları, tələbələri haqqında düşüncələrlə bölüşür.
Oktyabrın 4-də Rus Dram Teatrında filmin təqdimat mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB