“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib

...SİA-nın əldə etdiyi məlumata görə, hazırda Latviyada yaşayan etnik tatar aktrisa Çulpan Xamatova xarici YouTube kanalına verdiyi müsahibədə dini inancları haqqında danışıb.

Aparıcının 14 yaşında pravoslavlığı qəbul etməsi ilə bağlı şayiələr barədə sualına cavab olaraq aktrisa qərarın şüurlu olmadığını izah edib.

...Bu, şüuraltı bir qərar idi. Qorbaçovun sayəsində din azadlığı onun mənim nəslimə şəxsən verdiyi bütün digər azadlıqlar daxilində ortaya çıxdı, - deyə Xamatova bildirib.

Onun sözlərinə görə, kilsəyə getməsinin səbəbi şiddətli bel ağrısı olub.

...Mən demək olar ki, heç vaxt getməmişəm və dostum Oksana dedi ki, “...kilsəyə getməlisən və hər şey keçəcək. Aktrisa vəftiz olunduğunu və Solomeya adını aldığını etiraf edib, lakin özünü hər hansı bir konkret inancın davamçısı və ya əsl mömin adlandıra bilməz.

...Başa düşürəm ki, bu, həqiqətən Allaha inanan bəzi insanları incidəcək, amma mənim üçün bu, şüuraltı idi... Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm, - deyə o paylaşıb.

Müsahibə zamanı Xamatova Kazanda doğulub böyüsə də, tatar dilində danışmadığını da açıqlayıb.

Buna baxmayaraq, o, valideynlərinin ona verdiyi Çulpan adı ilə fəxr etdiyini deyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə