Entoni Hopkins karyerasının ən çətin rolunu adlandırıb...

Hopkinsin filmdəki işi ona üçüncü Oskar nominasiyasını qazandırdı...

...Çoxsaylı Amerika obrazlarını canlandıran britaniyalı aktyor Ser Entoni Hopkins etiraf etdi ki, onun ən çətin rolu Oliver Stounun “Nixon” filmində ABŞ prezidenti Riçard Niksonu canlandırmaq olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine yazır.

Aktyor uğurlu seçimindən təəccübləndiyini bildirib.

...Mən amerikalı deyiləm. Məni niyə seçiblər? Mən əlimdən gələni etdim. Bu, ən çətin rol idi.

Bunu aktyor deyir və amma onun şübhələrinə baxmayaraq, film üzərindəki işi Hopkinsə üçüncü “Oskar” nominasiyasını qazandırıb.

Lakin aktyor özü layihəni həvəslə xatırlamayıb. O bildirib ki, dialoqların həcmi və qismən rejissorun təxəyyülünə əsaslanan personaj bu işi xüsusilə çətinləşdirib.

Hopkins Hannibal Lekterdən Alfred Hiçkoka və hətta Zorroya qədər bir çox canlı və mürəkkəb obrazları canlandırıb, lakin o, Nikson rolunu ən təbii və ən yorucu hesab edir.

Buna baxmayaraq, “Oskar” mükafatına namizədlik onun səylərinin boşa getmədiyini göstərir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə