Suriyalı aktrisa film festivalında hicabda peyda olub...

...Suriyalı aktrisa Sulaf Fəvahercinin Tehranda keçirilən “Fəcr” Beynəlxalq Film Festivalında iştirakı və İranın "Mələklər diyarı" filmində iştirakı sosial mediada, xüsusən də Suriya tamaşaçıları arasında geniş müzakirələrə səbəb oldu.

SİA xəbər verir ki, 44-cü festivalda Fəvaherci və çəkiliş qrupunun iştirak etdiyi filmin xüsusi nümayişi keçirilib.

...Və hicabda görünən aktrisa, festivalın baş katibi tərəfindən rəsmi olaraq qarşılanıb və medianın diqqətinin mərkəzində fəxri mükafatla təltif edilib.

Qeyd edilir ki, rejissor Babək Xacə Paşa və prodüser Mənuçehr Məhəmmədi olan "Mələklər diyarı" humanitar dramdır.

Film, sərt sınaqlarla üzləşən və taleyini dəyişdirməyə çalışan bir qadının hekayəsini danışır.

Film həmçinin regional məsələlərə, xüsusən də Fələstin və Livana toxunur və "Bu, bizim dünyamız deyil" şüarı altında təbliğ olunur.

...Fəvaherci baş rolu, Duha adlı bir obrazı, Suriya və Livan aktyorları da daxil olmaqla, İran və Ərəb əsilli uşaq aktyor heyəti ilə birlikdə canlandırır.

Yeri gəlmişkən, sosial mediada Fəvahercinin filmdə iştirakının elan edilməsini tənqidə səbəb olub.

Belə ki, bəzi şərhçilər onun İran festivalındakı çıxışını Tehranın devrilmiş Suriya prezidenti Bəşər Əsəd rejiminə uzun müddətdir dəstəyi ilə əlaqələndiriblər. Fəvahirci hətta devrildikdən sonra belə, onu uzun illər açıq şəkildə müdafiə edib.

Tənqidçilər onun iştirakını İran hakimiyyəti ilə yaxınlaşma cəhdi kimi qiymətləndirib və səfərinin vaxtını, bədii fəaliyyətlərini regional siyasi ittifaqlarla əlaqələndiriblər. Aktrisaya ünvanlanan şərhlərdə sərt və aqressiv şərhlər üstünlük təşkil edib.

Bu arada, digər istifadəçilər Fəvahircinin iştirakını sırf bədii bir addım və yeni bir kinematoqrafik təcrübə üçün bir fürsət hesab edərək onu müdafiə ediblər.

Onlar İran kinosu ilə əməkdaşlığın mütləq siyasi mövqelərə dəstək demək olmadığını vurğulayıblar.

Onu da qeyd edək ki, Fəvahirci bir sıra mübahisəli siyasi açıqlamaları ilə tanınır. Son illərdə o, devrilmiş prezident Bəşər Əsədi açıq şəkildə dəstəkləyib.

O, hətta 8 dekabr 2024-cü ildə rejimin süqutundan sonra belə, onu dəstəkləməkdə davam edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə