“Crocus Expo”-da keçirilən Artdom beynəlxalq dizayn sərgisi...

...19 fevralda açılacaq

...“Şibar” çilçırağı, “burun” vazaları və “Dolce & Gabbana” tərəfindən hazırlanmış qəhvə maşını Moskvada, “Crocus Expo”-da keçiriləcək yubiley Artdom sərgisində nümayiş olunacaq.

SİA xəbər verir ki, tədbir 19-21 fevral tarixlərində davam edəcək və 21 ölkədən 450-dən çox brendi bir araya gətirəcək.

Bu ilki Artdom mövzusu "Hissiyyat"dır.

Bu konsepsiya çərçivəsində sərgi təşkilatçıları ziyarətçilərlə yalnız vizual deyil, həm də toxunma hissləri, işıq, səs və hətta ətirlər vasitəsilə qarşılıqlı əlaqədə olan dizayn işlərini bir araya gətiriblər.

Qarşıdan gələn sərgidə İtaliya, İspaniya, Braziliya, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan (Poltrona Frau, Cassina, Cappellini, Seletti, Poliform, ASKO, Smeg, Davide Groppi, GSL Supply, Draga & Aurel) nümayəndələr, eləcə də Giulia Novars, Punto Group, Solo Office Interiors, Archipelago, Hettich, Aurica və digər rus brendləri iştirak edir.

Sərginin ayrıca bir bölməsi kolleksiya dizaynı və incəsənətinə həsr olunacaq. Bu ilki Artdom səfirləri arasında dizayner Giulio Cappellini, qalereyaçı Rossana Orlandi, memar Carlo Colombo, incəsənət dueti Draga & Aurel, Paris GSL qalereyasının təsisçisi Cohn Whelan və Braziliya dizayn səfiri Lissa Carmona var.

Rusiya peşəkar icmasını dizayner Dima Loginov, qalereya sahibi Marina Gisich, GeometryDesign-ın təsisçisi və incəsənət direktoru İrina Glik və The Blueprint-in redaksiya direktoru Alexander Perepelkin təmsil edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə