Bu gün vəfat edən tanınmış aktrisanın dəfn mərasiminin yeri açıqlandı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Qeyd olunub ki, 74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib. Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.

Mərhumun dəfn mərasimi yanvarın 25-də saat 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə