"Səs" qəzetinin 35 illik yubileyi münasibətilə

"Səs" qəzetinin 35 illik yubileyi münasibətilə

Bəhruz müəllim təbrikimi qəbul et ,
Yüz yaşı qeyd edək , yəqin ki, bəsdi ,
Bu gün "Səs"in əlamətdar günüdür,
35 il sanki yel kimi əsdi,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !

Gəlin xatırlayaq o zamanları ,
"Müraciət" çap olunan anları ,
Dahi Heydər Əliyevin qərarı
Sanki xalqımıza yeni nəfəsdi ,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !

Tarix dahiləri az - az yetirər ,
Misilsiz xidmətlər uğur gətirər ,
Aran söyüd , dağlar palıd bitirər ,
Bizimki Xan Çinar , Palıd , Vələsdi ,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !

Ölkəmiz qəhrəman "Odlar Yurdu"du,
Haqq yolumuz Ulu Öndər yoludu ,
Amalımız həqiqətdi , doğrudu ,
Bu ali məqsəddi, gözəl həvəsdi ,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !

Yaxşı bilir nəyi, necə, nə zaman,
Etməyi cənab Ali Baş Komandan ,
Adını tarixə əbədi yazan ,
"Dəmir Yumruğ"uyla düşməni əzdi,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !

Ürəkdən gələni yazıbsan Anar ,
Şükürlər çin olur bütün arzular ,
Oxuyanlar yəqin ki , razı qalar ,
Bu şeiri yazmasan inan ki , qəsddi ,
"Məşhur 91 - lər" ünvanı "Səs"di !
"Məşhur 91 - lər"
ünvanı "Səs"di !

Bütün xəbərlər Facebook səhifəmizdə