Cəfər Cabbarlının heykəli Siyəzənin mərkəzinə köçürülür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Siyəzən şəhərindəki heykəlinin yeri dəyişdirilir. Belə ki, rayon ziyalılarının və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, müvafiq dövlət qurumlarının razılıqları əsasında böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 1 saylı tam orta məktəbin həyətində qoyulmuş heykəli şəhərin mərkəzi hissəsinə köçürülür.

Bundan sonra C.Cabbarlının heykəli Heydər Əliyev Seyrəngahında, Mərkəzi Kitabxananın qarşısında ucaldılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə