Azərbaycan muğamı Türkiyədə digər musiqi janrları ilə sintez şəklində təqdim olunub - “Yeniçağ” qəzeti
Azərbaycanı muğamı digər musiqi janrları ilə sintez şəklində Türkiyə paytaxtında musiqisevərlərə təqdim olunub.
SİA xəbər verir ki, bu barədə Türkiyənin ”Yeniçağ” qəzetində Azərbaycanın Xalq artisti Alim Qasımovun iştirak etdiyi konsert proqramına həsr olunmuş məqalədə deyilir.
Materialda dərin muğam təfsirləri ilə tanınan Alim Qasımovun sənətkarlığı vurğulanır.
Nəşrdə Azərbaycanın Xalq artistinin jurnalistlərlə söhbətindən parçalar yer alıb, burada A.Qasımov musiqi yaradıcılığının mərhələləri və UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın əzəmətindən bəhs edib.
Xanəndə, həmçinin auditoriyanın genişləndirilməsi və muğamın beynəlxalq səhnədə populyarlaşdırılmasının əhəmiyyətini vurğulayaraq, Azərbaycan musiqi ənənəsinin müxtəlif musiqi kontekstlərinə inteqrasiyası imkanlarına toxunub.
O, ilk dəfə təxminən 40 il əvvəl Fransa konsulluğunun tədbirində iştirak etmək üçün Ankaraya səfər etdiyini və o vaxtdan bəri Türkiyə paytaxtında dəfələrlə çıxış etdiyini bildirib.
Məşhur xanəndə, Əməkdar artist Fərqanə Qasımova və A.Qasımovla birlikdə “CSO Ada”nın Ankara səhnəsində çıxış edən gənc ifaçı Fərid Mərd də Azərbaycan musiqi mədəniyyətinin zənginliyindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB