Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib - FOTOLAR
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunda “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin fəaliyyətinə və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə birliyin yaranması tarixi, əsas fəaliyyət istiqamətləri və ötən müddət ərzində həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.
Birliyin rəhbəri Ramilə Mustafayeva çıxış edərək iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib və birliyin fəaliyyəti haqqında hesabat təqdim edib, əsas iş istiqamətlərini və nəticələri qeyd edib.
Həmçinin yeni üzvlərə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin əsas fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verilib.
Qeyd edilib ki, birliyin 2026-cı il üçün iş planı hazırlanıb, yaxın gələcəkdə yeni mədəni və sosial layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Tədbir çərçivəsində “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin fəaliyyətinin inkişafına və dəstəyinə töhfə verən fəal icma üzvlərinə mükafatlar təqdim edilib.
Proqram konsert və uşaqlara xatirə hədiyyələrinin təqdim edilməsi ilə başa çatıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan icmasının nümayəndələri, qonaqlar, eləcə də uşaqlar və onların valideynləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB