Rohinca qaçqınları haqqında film Ciddədə keçirilən Qırmızı dəniz Beynəlxalq Film Festivalında Qran-pri mükafatını qazanıb.

...Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Qırmızı Dəniz Beynəlxalq Film Festivalının Qran-pri mükafatı yapon rejissoru Akio Fujimotonun "İtirilmişlər diyarı" filminə verilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Arab News yazıb.

Bu, dünyada Rohinca dilində çəkilmiş ilk filmdir.

Fujimoto mükafatı münsiflər heyətinin üzvü Şon Beykerdən alıb.

Münsiflər heyətinə beynəlxalq səviyyədə tanınmış kino ulduzları Naomie Harris, Olga Kirilenko və Nadine Labaki də daxil idi.

"İtirilmişlər diyarı" filmi Myanmada müsəlmanlar arasında təqiblərdən qaçan qardaş və bacının hekayəsini danışır. Gediləcək yerləri barədə qeyri-müəyyən bir təsəvvürə malik olan 9 yaşlı Samira və kiçik qardaşı Şafi Malayziyadakı əmilərinə qoşulmaq üçün təhlükəli bir səyahətə çıxırlar. Filmdə həyat təcrübələrini ekrana gətirən peşəkar aktyorlar deyil, qaçqınlar rol alırlar.

Film festivalında ikinci yer mükafatı 1948-ci ildən başlayaraq üç nəsil Fələstin ailəsinin hekayəsini izah edən Fələstin əsilli amerikalı rejissor Şerin Dabisin "Səndən qalanların hamısı" filminə verilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə