Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi" kitabının təqdimatı baş tutdu -FOTO -YENİLƏNDİ

Bu gün Azərbaycanın Ulu öndəri Heydər Əliyevin anım günü münasibətilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tərəfindən tədbir keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi və daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə Milli Məclisin deputataları, Universitet rəhbərliyi, içtimai xadimlər, tələbələr və media nümayəndələri iştirak edirlər.

Tədbirin giriş sözünü kitabın həm müəlliflərindən olan Vazeh Əskərov çıxış etdi. O çıxışında Ulu öndərin həyat və fəaliyyətlərindən, kitabın ərsəyə gəlməsindən danışaraq, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Daha sonra isə kitabın digər müəllifi olan Yaşar Əhmədov tədbir iştirakçılarını salamlayaraq kitab barəsində iştriakçılara məlumat verdi və daha sonra kitabın ərsəyə gəlməsindən danışdı.

Daha sonra millət vəkilləri və tədbir iştirakçıları çıxış edərık həm müəlliflərə uğurlar arzuladı.

Daha sonra isə tədbirdə Ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda göstərdiyi əvəzsiz xidmətlər, dövlət, elm və mədəniyyət sahələrində əldə olunan nailiyyətlərə həsr olunmuş "Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi" kitabının təqdimatı baş tutdu. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilərək təsbir başa çatdı.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə