Aktyor hər iki həftədən bir yeni “Hörümçək adam” kostyumu alır...
Aktyor Tom Holland etiraf edib ki, onun “Hörümçək adam” kostyumu çəkilişlər zamanı tez köhnəlir, buna görə də studiya müntəzəm olaraq ona yeni paltarlar verir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.
29 yaşlı aktyor "Bəli, mütləq köhnəlir. İki həftədən bir yeni kostyum alıram" deyib.
Hollan hazırda 31 iyul 2026-cı ildə premyerası nəzərdə tutulan franşizanın dördüncü hissəsini çəkir.
Çəkilişlər avqustda Böyük Britaniyada başlayıb. Aktyor yenidən MJ rolunu oynayacaq nişanlısı Zendaya ilə Londonda çəkiliş meydançasında görüntülənib.
Holland həmçinin Şotlandiyada çəkilişlərin ilk gününün videosunu paylaşıb.
Filmdə Holland və Zendaya ilə yanaşı, Yacob Batalon, Con Favreau, Lisa Colon-Sias, Sadie Sink, Mark Ruffalo, Mikael Mando və Con Bernthal rol alacaq.
Holland 2016-cı ildən “İlk qisasçı: qarşıdurma” Peter Parker rolunu oynayır.
O, bu dəfə süjetin hazırlanmasında fəal iştirak etdiyini qeyd edib.
…Mən oxumağa, pərəstişkarların gözlədiklərini oxumağa çox vaxt sərf etdim. Ümumi bir şəkil çəkdim və Marvel-ə ideyalarla gəldim. Və biz məhz bunu edirik. İndi çəkdiklərimiz qiymətsizdir, - aktyor vurğulayıb.
Onun sözlərinə görə, onun üçün əsas odur ki, “tamaşaçılara öz zamanlarına və Piter Parkerə layiq bir hekayə təqdim etmək…”
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə