Şeron Stoun “Əsas instinkt” adlı kult filminin remeykini şərh edir…

1992-ci ildə çəkilən film aktrisanı dünya ulduzuna çevirdi…

...Aktrisadan 1992-ci ildə çəkilmiş orijinal filmin müəllifi Co Esterxaz tərəfindən yazılmış layihə haqqında soruşublar.

SİA-nın məlumatına görə, bu barədə “Deadline” yazır.

Stoun 2006-cı ildə kassada uğursuzluğa düçar olan davam filmini xatırladıb və deyib ki, “...əgər bu film kimi gedirsə, niyə bunu etdiyimi bilmirəm. Amma xahiş edirəm - uğurlar,.. lənət olsun”.

Orijinal “Əsas instinkt” Stounu qlobal bir ulduz etdi. Paul Verxoeven-in Maykl Duqlasla çəkdiyi film kassada demək olar ki, 353 milyon dollar gəlir əldə etdi və qalmaqallı sorğu-sual səhnəsi sayəsində janr tarixinə əbədi olaraq düşdü. Bununla belə, davamı olan “Əsas instinkt-2”: Risk Takeinq, hətta Stounun baş rolda qayıtmasına baxmayaraq, uğursuz oldu.

İndi Amazon MGM Studios, United Artists və prodüser Skott Stuber remeyk hüquqlarını əldə edib.

80 yaşı olan Esterxaz artıq yaşı ilə bağlı tənqidlərə cavab verib: “Yaradıcılığımla bağlı şayiələr şişirdilir və yaş fərqinə əsaslanır”.

Bunu ssenarist bildirib.

…Mənim "kiçik pozğun adam" adlandırdığım bir tərəfdaşım var. O, həmişə 29 yaşındadır və tamaşaçılara maraqlı hekayə vermək üçün enerji ilə doludur.

Yeni versiyada əsas rolları kimin oynayacağı hələ məlum deyil, lakin Şeron Stounun şərhlərinə əsasən, yaradıcıları çətin bir iş gözləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə