"Biz iqtisadi gücə və mühüm bəşəri dəyərlərə sahibik” - Sadiq Qurbanov

“Bu gün dünyada ən böyük problemlərdən biri bir dövlətin öz vətəndaşlarını digər dövlətin vətəndaşlarından üstün tutmasıdır. Bunu Hitler də edirdi, indi isə Makron eyni siyasəti həyata keçirir. Artıq dünyada bəşəri dəyərlər qalmayıb. Bu mənada COP29-un ölkəmizdə keçirilməsi təsadüfi olaraq seçilməyib. Çünki Ulu Öndər hər zaman bəşəri dəyərləri üstün tutub, həmçinin ekologiyanın müdafiəsinə xüsusi diqqət ayırıb. Bu gün də həmin siyasəti uğurla ölkə rəhbəri İlham Əliyev davam etdirir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı millət vəkili Sadiq Qurbanov deyib.

O bildirib ki, Azərbaycan artıq dünyada artıq ən sabit ölkə kimi səciyyələnir: “Bəşəri dəyərləri qorumaq baxımından Qarabağ konfliktinin həll olunması, Azərbaycanın separatizmin kökünü kəsən yeganə dövlət olması da bizim bəşərə dəyərlərə olan diqqətimizin göstəricisidir. COP29-a ev sahibliyi etmək üçün isə biz həm iqtisadi gücə, həm də mühüm bəşəri dəyərlərə sahibik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə