"Azərbaycanın dünyaya günəş kimi parladığını bütün dünya görəcək" - MÖVQE BİLDİRİLDİ

“COP29 beynəlxalq əhəmiyyətli tədbirdir. Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı fəsadların dərinləşməsi ilə üz-üzədir. Hətta iqlim dəyişikliklərinə qarşı qlobal konsolidasiya olunmuş mübarizə aparılmazsa yer kürəsində yaşayan canlı aləmin gələcəyini böyük təhlükə gözləyir. Dünyada qlobal istiləşmə nəticəsində buzlaqlar sürətlə əriyir, okeanlarda suyun səviyyəsi artır və bir çox yaşayış yerlərini suyun altında qalmaq təhlükəsi gözləyir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, iqlim istiləşmələri həm də quraqlıqların baş verməsinə, yer kürəsində şirin suyun azalmasına, kənd təsəsrrüfatı məhsullarının istehsalının kəskin aşağı düşməsinə və aclığın dünyada genişlənməsinə səbəb olur: “Ona görə də bu bəşəri bəlaya qarşı bütün dünya birləşməli və əhəmiyyətli qərarlar qəbul etməlidir. Bu baxımdan Bakıda keçiriləcək COP29 200-dən çox ölkənin arasında iqlim dəyikliklərinə qarşı mübarizədə həmrəyliyin yaradacağını hesab edirəm. Azərbaycan COP29-la bağlı qəbul olunacaq əhəmiyyətli qərarları qabaqcdan müəyyənləşdirir və çalışacağıq ki, bu tədbir iqlim dəyişikliklərə qarşı mübarizədə bir dönüş nöqtəsi olsun. Bu baxımdan nəzərdə tutulan maliyyə fondunun yaradılması imkanı aşağı olan ölkələrə iqlim dəyişikliklərinə qarşı mübarizədə dəstək verilməsinə yol açacaq.

COP29-un keçirilməsi ölkəmizin bərpa olunan enerji sektorunun sıçrayışlı inkişafına yol açacaq. Bu tədbirin keçirilməsi yaşıl enerji sektorumuza qlobal marağı artıracaq və bizim bərpa olunan enerji sahələrinin ərsəyə gətirilməsində ilk yerlərdə olmasına yol açacaq. COP29 dünyanın hər yerindən 10 minlərlə siyasətçinin, dövlət adamlarının, biznes strukturlarının və media nümayəndələrinin gəlməsini şərtləndirir. Bu da Azərbaycanın dünyada daha yaxşı tanıdılmasına yol açacaq. Təbii ki, bu ilk növbədə ölkəmizin turizm sektorunun inkişafına təkan verəcək. COP29 həm də ölkəmizə qarşı edilmiş ədalətsizlikləri, torpaqlarımızı işğaldan azad etməyimizlə suverənlyimizi təmin etməyimizi və bu gün sülh gündəliyimizlə bağlı ədalətli mövqeyimizi dünya ictimaiyyətinə çatdırmağımıza imkan verəcək. Azərbaycanın dünyaya günəş kimi parladığını bütün dünya görəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə