Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb - FOTOLAR

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb. SİA xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iyun ayında keçirilən iqlim görüşlərində işini davam etdirərək, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində hər bir tərəfin gözləntilərini və ehtiyaclarını müzakirə etmək üçün Marşal Adaları nümayəndə heyəti və “Umbrella” qrupu koalisiyası ilə danışıqlar aparıb”, - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə