Xəzər dənizi Azərbaycanın iqlim sisteminin və ekosisteminin mühüm hissəsidir - Nigar Arpadarai

Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizi unikaldır və ölkəmiz üçün mühüm təbii sərvət hesab edilir. Xəzər dənizi bir sıra beynəlxalq nəqliyyat marşrutlarının tərkib hissəsidir, Orta Dəhlizdə mühüm amildir. Eyni zamanda, ölkəmizdə iqtisadi artıma təkan verir, ətrafdakı dövlətlər üçün biomüxtəlifliyin mənbəyi kimi çıxış edir. SİA xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən “Xəzər Mavi Üfüqlər” seminarının açılış mərasimində “COP29 ərəfəsində İqlim Dayanıqlılığı və Xəzər dənizinin davamlılığı üçün elm və biznesin sinerjiləşdirilməsi” mövzusunun müzakirəsinə həsr edilən tədbirdə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O qeyd edib ki, Xəzər dənizi Azərbaycanın iqlim sisteminin və ekosisteminin mühüm hissəsidir. “Xəzər dənizini əhatə edən ölkələr birləşməli, iqlimə, ətraf mühitə və iqtisadiyyata müsbət təsir göstərəcək vizyon gündəmə gətirməlidir. Bizneslər, universitetlər, elm müəssisələri və akademiyalar daxil olmaqla, əsas vəzifə davamlı iqlimə nail olmaq üçün həll yollarının axtarılmasıdır. Bu sahədə əməkdaşlıq dayanıqlı gələcəyə doğru addımlamaqda bizim üçün mühüm fürsətdir. COP29 isə iqlim dəyişikliyi ilə mübarizədə böyük gücə malikdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə