“COP29 ölkəmizə hərtərəfli təsir göstərəcək konfransdır” - ŞƏRH EDİLDİ
“COP29 əsasən dövlətin qərarı olsa belə, bununla bərabər geniş ictimaiyyətin maraqları çərçivəsində olan kampaniyadır. Çünki bir neçə günlük kampaniya və onun hazırlıq dövrü bütünlüklə Azərbaycan dövləti və cəmiyyətin gücünün daha bir nümayişi olacaq. Əlbəttə konfrans bir neçə gün davam edəcək və 80-90 min xaricdən gələn qonağın iştirak edəcəyi tədbiri həyata keçirmək asan iş deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev bildirib ki, tədbirin uğurla həyata keçirilməsi birinci növbədə dövlətin təşkilatçılıq, iqtisadi gücündən və cəmiyyətin dövlətə verdiyi dəstəklə bağlıdır: “COP29 ölkəyə hərtərəfli təsir göstərəcək konfransdır. Xüsusilə ölkədə turizmin, müxtəlif xidmət sahələrinin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda xaricdən ölkəmizə gələn qonaqların, həm də müxtəlif sahələr üzrə peşəkarların gəlişi Azərbaycanda xarici investiya mühitinin də formalaşmasına və artımına öz təsirini göstərəcək. Çünki COP29 ölkədə ən müxtəlif sahələr üzrə fəaliyyətin vəziyyəti və perspektivlərini müzakirə edən tədbir olacaq.
Aydın məsələdir ki, ən müxtəlif sahələrdə ətraf mühitə, iqlimə təsirin indiki vəziyyəti və azaldılması yollarının araşdırılması, yeni fəaliyyət imkanları açacaq ki, bu da xaricdən gələn investorların marağını cəlb edəcək. COP29 həm də Azərbaycanın böyük qazıntı yanacağı ehtiyyatlarına malik olmasına baxmayaraq, dünya üçün daha sağlam ətraf mühitin və atmosferin yaradılmasında maraqlı ölkə olduğunu göstərəcək. Azərbaycan bütün dünya dövlətlərinə nümayiş etdirir ki, hər bir ölkənin yalnız qazıntı yanacağı ilə kifayətlənməsi və ətraf mühitin təmizlənməsi haqqında düşünməməsi qəti şəkildə yolverilməzdir. Çünki mümkün qədər ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçid də təmin olunmalıdır. Azərbaycan da bu istiqamətdə öz mühüm töhfələrini verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB