2015 dünya gündəmində fərqli hadisələrlə yadda qaldı. Məhz bu müxtəliflik 2015-ci ili rəngli və bir o qədər də qarışıq etdi. 2015-ci il əsas etibarilə döyüşlər, siyasi böhranlar, terror aktları və təbii fəlakətlərlə yadda qaldı.
Azərbaycan reallığından danışdıqda isə əsas yadda qalan hadisə İlk Avropa Oyunlarının açılışının Bakıda edilməsi oldu. Amma təkcə bununla bitmədi 2015. Bura valyuta məzənnənin qəflətən kəllə-çarxa çıxmasını, neftin mərhələli şəkildə ucuzlaşmasını daxil edə bilərik. Bu cəhətdən demək olar ki, 2015-də iqtisadi vəziyyət də dəyişkən oldu. Həmçinin parlament seçkiləri və prezidentlərin görüşü də diqqət çəkən və müzakirə edilən mövzulardan oldu.
Dünya iqtisadiyyatı böyük problemlərlə üzləşdi. Hətta böhran təhlükəsi yaşadı. Yalnız Amerika bu böhrandan yaxasını qurtara bildi. Çünki dollar qalxdı, neftin düşməsi isə ABŞ-a bir o qədər də təsir etmədi.
Siyasi gündəm də rəngli keçdi bu il. İlin üçüncü yarısına Böyük Altılıq və İran arasında imzalanan nüvə razılaşması dünya gündəminə damğasını vurdu.
Birləşmiş Krallıqla baş tutan seçkilərdə 326 millət vəkili seçildi və Mühafizəkarlar Partiyası tək başına iqtidara gəldi.
Fələstin dövlətinin bayrağı ilk dəfə BMT-də ucaldıldı.
ABŞ və Kuba liderləri 50 il sonra ilk dəfə bir araya gəldilər.
2015-də Suriyada daxili böhran kəskinləşdi. Vətəndaş müharibəsi daha da qızışdı. Yaxın Şərq və Afrika ölkələrində terror zülmündən qaçmaq istəyən neçə-neçə ailə Avropaya üz tutdu. Məhz bununla əlaqədar Avropa miqrant böhranı ilə üz-üzə gəldi. Lakin hər şey bununla bitmədi. 2015 çoxlu insan tələfatı ilə keçdi. O insanlardan çoxu da elə məhz xoş gün görmək üçün Avropaya qaçmağa çalışan miqrantlar idi. Bu köçün nəticələri azyaşlı uşaqların tələfatında özünü daha kəskin göstərdi.
Bir sözlə bu ili "terror ili" də hesab etmək olar. Bu il terror sadəcə müsəlman ölkələrini deyil, sözün əsl mənasında Avropa ölkələrini də narahat etdi. Hətta İŞİD küləyi Avropada qasırğa yaratdı. Fransanın paytaxtı Parisdə baş verən terror aktı 130 nəfərə yaxın insan tələfatına və 350-yə yaxın insanın yaralanmasına səbəb oldu. Bir baxıma Avropa artıq terrorun nə demək olduğunu anladı.
Bu il də İŞİD çox aktiv idi. Lakin bir sıra hərbi ittifaqların yaradılması və Rusiyanın bölgəyə müdaxiləsi ilin ikinci yarısında müəyyən effekt verməyə başladı. Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar isə ona baha başa gəldi. Bələ ki, Rusiyaya məxsus hərbi təyyarə Türkiyə hava ərazisini pozduğuna görə vuruldu. Rusiya Ukraynaya müdaxilə etdiyinə görə Avropadan təcrid edildiyi halda Türkiyədən də oldu. Türkiyə Rusiyanın səhvini bağışlamadı.
Türkiyə ölkə ərazisində baş verən terror aktlarından böyük itki və şəhid verdi. Lakin digər tərəfdən bu ili Türkiyə üçün uğurlu hesab etmək də olar. Türkiyə bu il G20 sammitinə ev sahibliyi etdi və fəxri qonaq olaraq burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Sammitdə əsas mövzu isə terror oldu.
Təbii ki, hər şey hərbi müdaxilələrdən ibarət deyildi bu il. Belə ki, səhlənkarlıq, ehtiyatsızlıq və təbiət fəlakətləri də bu ilə damğasını vurdu:
Qurban bayramının ilk günlərində Səudiyyə Ərəbistanın Məkkə şəhərinə ziyarət edənlər Minada şeytana daş atma mərasimi zamanı izdiham yaratdı və nəticədə yüzlərlə insan həlak oldu. Səudiyyə Ərəbistandan verilən məlumata görə 769, İranın iddialarına görə isə 4 min nəfər bu izdihamda həyatını itirdi.
Nepalda baş verən zəlzələ ağır nəticələrə gətirib çıxardı. Bu zəlzələ son 80 ilin ən şiddətli zəlzələsi idi və zəlzələ nəticədə 8 mindən çox insan həlak oldu.
Bu il sözsüz ki, miqrantların başına gələn faciəli hadisələrlə dolu idi. İnsan qaçaqçıları tərəfindən dənizin ortasında köməksiz vəziyyətdə tərk edilən Araqanlı və Banqladeşli qaçqınların faciəli dramı dünya gündəmini zəbt etdi.
2015-ci də baş verən bir çox hadisəni bumeranq effekti kimi də qiymətləndirmək olar. Bir sözlə ötən illər rüzgarı əkənlər 2015-də fırtınanı biçdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB