İnsanlığa dəyər, şəxsiyyətə hörmət bütün dövrlərin və zamanların başlıca prinsipləri olub. Hətta orta əsrlərin barbar qanunları belə kimsənin başqa şəxsə hörmətsizlik etməsini qəbul etməyib. Bu baxımdan demək olar ki, kosmos əsri hesab edilən bugünkü dünyamızda qeyd olunan nüansları kiminsə əzməsi təsəvvürlərə gəlmir. Amma...
Amma bugünkü dünyamızda baş verənlər insan düşüncəsini və arzuladıqlarını alt-üst edir. Düşünürsən, qədim dövrlərdə baş verməsi çətin olan hadisələr bu gün Suriyada, İraqda, Əfqanıstanda və digər münaqişə bölgələrində baş verməkdədir. İnsan ləyaqəti bir ovuc harın qüvvələr tərəfindən alçaldılır, təhqir edilir və ayaqlar altına atılır. Demokratik düşüncəli dünya xalqları məsələyə etiraz etmək cəsarətində də deyillər. Səbəb də aydındır. Harın qüvvələrin dövlətləri, hakimiyyətləri bunu istəmirlər. Onlar üçün ancaq Əfqanıstanda, İraqda və Suriyada öz maraqlarını təmin etməkdir. Eləcə də bu maraqların həyata keçirilməsində müxalif dövlətlərə öz hegemonluqlarını nümayiş etdirməkdir. Fikir verin, Rusiya açıq şəkildə Suriyada öz maraqlarını həyata keçirməyə çalışır. Silahsız, sadə isanlar gülləbaran edilir, evləri-eşikləri dağıdılır. Araşdırmalar isə göstərir ki, zərər çəkən, ziyan görən əsas təbəqə isə eyni soy-kökdən olduğumuz türkmənlərdir. Demək olmaz ki, Suriyanın digər bölgələrində insanların qətlə yetirilməsinə soyuqqanlı yanaşıram. Əsla, onlar da insandır, onlar da Allahın yaratdığı bəndələrdəndir. Bu baxımdan, insanların öldürülməsinin, evinin-eşiyinin qarət edilib talan edilməsinin tamamilə əleyhinəyəm. Sadəcə, bu ədalətsiz döyüşdə öz kökümüzdən olan insanların öldürülməsinə daha çox acıyıram. Amma gəlin razılaşaq ki, bu ədalətsiz haqqın və hüququn tanınmadığı dünyamızda mənim və mənim kimi düşünənlərin fikirləri o qədər də nəzərə alınmır. Nəzərə alınır, ancaq F-16-lara, SU-24-lərə, uzaq mənzilli raketlərə sahib olan hakimiyyətlərin fikri nəzərə alınır. Bizlərə yalnız etiraz etmək qalır.
Təəccüb doğuran məqam ondan ibarətdir ki, içimizdə elə şəxslər olur ki, etiraz səsimizi qaldıranda belə bunu mənasız sayıb, əsassız hesab edirlər. Misal kimi, Rusiyanın SU-24 təyyarəsinin Türkiyə hava sərhədini pozduğuna görə F-16 qırıcıları tərəfindən məhv edilməsindən sonra Azərbaycanda da buna müsbət dəyər verməyən insanlar tapıldı. Həmin şəxslər az sayda olsa da, hər halda mövcud idi. I Pyotrdan bu yana Rusiya tərəfindən böyük məşəqqətlər və əziyyətlər görmüş Azərbaycanda belələrinin tapılması yalnız təəssüf doğurur. Deməzdim ki, misal kimi Rəşad Məcidi, İqbal Ağazadəni rentgen aparatına salıb çək-çevir edilsin, sonra da onların şübhəli skeletə və qana malik olduğu yazılsın. Bu fikirdən uzağam, sadəcə onlara bu əməllərinə görə acıyıram. Bu məxluqlar hələ də dərk edib başa düşmür ki, Türkiyə yalnız o bölgədə yaşayan türklərin vətəni deyil. O coğrafi bölgə həm də bütün türklərin vətənidir. Yəni həmin türk Mosulda, Kərkükdə, Krımda, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda və digər bölgələrdə yaşamasına baxmayaraq, onun həm də vətəni Türkiyədir.
Görünür, atalarımız da çox doğru deyiblər: "Özümüzü özümüzdən qoruyaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB