Növbəti beşillik müddət üçün parlamentə keçirilən seçkilər başa çatdı və əvvəlcədən də gözlənildiyi kimi, bir sıra Qərb siyasi dairələri, xüsusilə həmin dairələrlə iş birliyində olan beynəlxalq QHT-lər həmin siyasi dairələrdən aldıqları sifarişlərini dəyişilməz oyunbazlqları ilə yerinə yetirməyə cəhdlər göstərdilər. Bəri başdan deyə bilərik ki, artıq bu oyunbazlıqların qarşı tərəf üçün hər hansı səmərə verməyəcəyi də öncədən məlum idi. Çünki onlar tərəfindən ortaya qoyulan "arqumentlərin" heç bir əsası, sübutu yoxdur. İstər söz və ifadə azadlığı, istər seçki mühitinin şəffaflığı, istərsə də digər məsələlər bilavasitə Azərbaycan xalqının iradəsi çərçivəsində həyata keçirilir. Ancaq məsələnin daha bir tərəfi də var…

Məsələ ondadır ki, xalqın dövlətlə vəhdət marağı mövcudkən, bu marağa pəl vurmaq istəyən Qərb qurumlarının yerli nökərləri vasitəsilə öz maraqlarını reallaşdırmaq cəhdləri maraqsız teatr tamaşasından başqa heç nəyi xatırlatmır. Məhz maraqsız teatr tamaşasının uğursuz aktyorları get-gedə həmin cəhətlərini daha açıq şəkildə biruzə edirlər. Burada əsas məqam yenə də ATƏT DTİHB adlanan qurumun fəaliyyəti üzərinə düşür. Və…

Və məsələnin diqqətçəkilici məqamı da Azərbaycana "ağıl" qoymaq istəyənlərin bu qurumla bağlı irəli sürdükləri fikirləridir. Həmin fikirlərdən birini də ABŞ Dövlət Departamentinin bəyanatının ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tərəfindən səsləndirilməsidir. Xüsusilə onu qeyd etmək yerinə düşərdi ki, ABŞ səfiri bununla ATƏT DTİHB adlanan quruma nəzarət etdiklərini isbatlayıb və həmin qurumun Azərbaycanla bağlı oynadığı "demokratiya" oyunbazlığının da əsasında məhz Amerika siyasəti dayanır. Gəlin cənab Sekutanın seçkilərdən sonrakı bəyanatını bir daha xatırlayaq. Sitat: "ABŞ və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar". Yaxşı, bunu başa düşdük. Başa düşdük ki, Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsində ABŞ-ın maraqlı olması arxasında göünənlərlə birgə, görünməyən məqamlar da var. Buraya güclü iqtisadiyyatımızı, neft və qeyri-neft sektorunda əldə edilən nailiyyətlərimizi əlavə edə bilərik.

Ancaq o da sirr deyil ki, ABŞ-ın marağı elə-belə, boğazdan yuxarı deyilən söz-filan deyil. Yəni məsələ ölkəmizdəki demokratik ənənələrə gələndə, seçkilərdən-seçkilərə, önəmli hadisələrdən-hadisələrə ABŞ-ın anidən üzü dönür, özü də beynəlxalq QHT-lər və Avropa qurumları vasitəsilə. Biz bunun da dəfələrlə şahidi olmuşuq. Təkcə 2013-cü il prezident seçkilərindən sonra ATƏT DTİHB-nın Bakıda çıxardığı şəbehləri xatırlasaq kifayət edər. Şükür Allaha ki, elm-texnologiyanın tərəqqisi dövründə yaşayırıq və istənilən məlumatları əldə etmək elə də çətin məsələ deyil. Bu dəfə də belə oldu. Fikir verin, Sekuta Dövlət Departamentinin bəyanatna haqqı öz təbirincə belə qazandırır: "Biz, həmçinin ATƏT-in dünyada təhlükəsizlik və stabilliyin təmin edilməsi üçün yaradılmış önəmli bir təşkilat olduğunu vurğulamaq istərdik. Dağlıq Qarabağ münaqişəsi ATƏT çərçivəsində həll edilir ki, bu da münaqişənin ilkin vəziyyətə qayıtmasına imkan vermir. Təşkilatın işinin önəmi də məhz bundadır".

YENƏ DƏ MİNNƏT! Demək, Qarabağ məsələsində ATƏT çevir-tatı, vur-tatı edir, ortada bir addım olsa belə irəliləyiş yoxdur, bunlar da deyirlər ki, ATƏT müharibənin əvvəlki fazasına qayıtmasının qarşısınıalır. Halbuki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb, indi də vurğuamaqdadır ki, ATƏT öz fəaliyyətsizliyi ilə, yaxud da ikili standartları ilə Qarabağ problemində tərəfsizlik deyil, tərəflilik mövqeyini tutur. Bu da XRİSTİAN KLUBU deyilən faktorun sübutudur. Ermənistanın işğalçılığı qalıb bir kənarda, bunlar Azərbaycanla minnət dilində danışırlar. Budurmu əməkdaşlıq marağı?!

Elə Azrbaycana qarşı aşkar qərəzçiliyi, Avropa şovinizmini, xristian klubu həyasızlığını ATƏT-in tərkibində fəaliyyət göstərən DTİHB göstərmirmi?! Nəyə görə Azərbaycan xalqı uzun illərdir ki, ABŞ-ın bu minnətini götürməlidir?! Niyə ABŞ etiraf etmir ki, Azərbaycandakı "ənənəvi müxalifət" adlı nökərlərini idarə edən ATƏT DTİHB-ya göstərişlər bilavasitə Dövlət Departamentindən verilir?! Və sonda, hansı səbəbə görə ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində, eləcə də konqres və senat seçimlərində ATƏT müşahidəçiləri bu ölkənin ərazisinə buraxılmırlar?! Demokratiya deyil məgər?! Desin, açıqlasın, etiraf etsin, biz də bilək ki, ABŞ doğrudan da demokratiyanın beşiyidir. Bəs bunları hara yazaq, cənab Sekuta?

Bütün xəbərlər Facebook səhifəmizdə