Müxalifət düşərgəsində hazırda ən çox müzakirə olunan məsələlərdən bir də Müsavat partiyası ilə "Ümid" partiyası ararsında olan qarşıdurmadır. Artıq hər iki partiya uzun müddətdir bir-birinin ünvanına olmazın itihamlar, söyüş dolu bəyanatlar yağdırırlar. Təbii ki, hədəf seçkidir.

Bu gün İqbal Ağazadə şəstlə bəyan edir ki, rəhbərlik etdiyi partiya müxalifətdə liderdir və seçkilərdə də onun təşkilatı digər müxalifət partiyalarını üstələyəcək. Xüsusilə, qarşıdan gələn parlament seçkilərində hər hansı bir formada iştirakı məsələsini önə çəkən müxalif yetkilələr bu seçki prosesində cəmiyyətin rəğbətini qazanıb bir balaca üstünlük əldə etməkdənsə, öz aralarında qırğına başlayıblar. Lakin hər bir siyasi partiyanın və təşkilatın istənilən bir formada ictimai-siyasi proseslərdə iştirakının məqbul olduğunu, sadəcə olaraq, indi anlamağa çalışan müxalifət partiya sədrlərisəs-küy yaratmaqla diqqət mərkəzində qalmağa çalışırlar. Reallıqda isə onların nə sosial bazaları, nə də, əvvələr olduğu kimi, beş quruş manatları qalmayıbdır ki, kiməsə verib özlərinə tərəf çəksinlər. İndi onlar, sadəcə olaraq, bir-birinin "ətini" yeməklə məşğuldurlar.

Beş ildən bir kimlər "dost" olur?

Digər tərəfdən, bu təşkilatlarda təmsil olunan partiyaların hamısının müxalifət olmasını və onların, sadəcə olaraq, şəxsi prinsiplərə görə, başqa-başqa qütblərə xidmət etdiyini hamı gözəl bilsə də, onların hansı amala xidmət etmələrini müəyyənləşdirmək çətin olur. Odur ki, indi müxalifət cəbhəsində yaranmış olan bu iki təşkilat, sadəcə olaraq, bir-birinə qarşı dayanmış qüvvələrin maraqlarını ifadə edir. Bu qüvvələrin isə birinin başında "klassik" Mirmahmud Mirəlioğlu, digərinin başında isə daha nikbin görünməyə can-baş atan Arif Hacılı dayanır. Bu iki şəxs isə beş ildən bir "dost" olurlar. Əli Kərimli barədə isə nə isə demək artıq olardı. Onun hansı yuvanın quşu olduğunu ictimai rəy hər seçki ərəfəsində görür.

Bu yaxınlarda isə bir-birlərini "hakimiyyətə işləyirsən" deyənlərin sayı artacaq

İndi isə Arif Hacılı ilə İqbalın arası düz gətirmir. Onlar ki, dünənə qədər bir yeyib, ayrı yatırdılar. Lakin adam bu müxalifətin simasına baxanda ağlı çaşır. Çünki bu, o qədər qarışıqdır ki, dünyanın iqtisadi xətirəsi bundan asan görünür. Arif ilə İqbalın məsələsinə gəldikdə isə, onlar qeyd etdiyimiz kimi, guya "dost" idilər. Hazırda isə İqbal Arifi yalançılıqda, Arif isə İqbalı hakimiyyətə işləməkdə günahlandırır. Bu yaxınlarda isə bir-birlərini "hakimiyyətə işləyirsən" deyənlərin sayı artacaq. Bütün bunlar isə, onu göstərir ki, baş verənlər müxalifətin yenidən çalxalanacağını və bir sıra parçalanmaların olacağını kifayət qədər şərtləndirir. Bunu biz deyil, faktlar da təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə