"Milli Şura"nın yaşanan bu dəfəki növbəti rüsvayçılığı "rekord" qırıb. Özü də elə bir "rekord" ki, onun parlament seçkilərində iştirak etməsi ilə bağlı keçirilən iclasına vur-tut, cəmi-cümlətanı 21 nəfər qatılıb. Baxın, partiyalar, siyasi qurumlar parlament seçkilərinə qatılmaq üçün görüşlər təşkil edir, hətta AXCP sədri Əli Kərimlinin bəyənmədiyi digər müxalifət birliklərinin toplantıları ən azı 50-60 nəfərlə baş tutur, amma özünün iddia etdiyi kimi, "ölkə müxalifətinin ən bərkgedən qurumu" olan "Milli Şura"nın parlament seçkiləri (!-R.) toplantısına 21 nəfərdən artıq adam yığılmır. Bəli, bu artıq həm Əli Kərimli, həm də Cəmil Həsənli üçün bir "rekorddur". Özü də elə bir "rekord" ki, hələ bu vaxta qədər onun nə bənzəri olub, nə də təkrarı.
Demək, məsələ aydındır...
Hələ bu harasıdır, iclasa qatılan 21 nəfərin ən azı 17-i, 18-i də başlarını telefonlarındakı mesajlara, oyunlara qataraq, onun tez bir zamanda bitməsini səbirsizliklə gözləyiblər. Çünki orada səslənən fikirlər artıq özlərini də bezdirib. Cəmil Həsənlinin İran mollaları tək səsləndiridiyi xütbələri, Əli Kəriminin "Azərbaycan müxalifətinin yeganə aparıcı qüvvəsi AXCP-dir" tipli sərsəmləmələri, Gültəkin Hacıbəylinin kimsəyə səmərə verməyən "məsləhətləri" həqiqətən də başağrısından başqa heç nə deyilmiş. Əgər belə olmasaydı, "Milli Şura"nın özü də parlament seçkilərinə hazırlıqla bağlı (!-R.) iclasına Əli Kərimlinin iddia etdiyi kimi 21 deyil, 200 üzvü qatılardı. Demək, məsələ aydındır.
Bu imkanı isə nə komsomolçu Əli Kərimli, nə də ki, "Milli Şura"nın mollası Cəmil Həsənli əldən buraxmaq istəmirlər
Məsələ həm də o biri tərəfdən aydındır ki, AXCP sədri zatən, parlamet seçkilərində uduzacağını 100 faiz yəqinləşdirib. Elə ona görə də deyib ki, uduzacaqlarını bildiklərinə baxmayaraq, seçkilərə qatılacaq. Maraqlıdır, AXCP sədri burada nəyi nəzərdə tutub? Bu sualın cavabı çox bəsitdir. Məsələn, nəzərdə tutub ki, xalq onsuz da onlara inanmır, dəstəkləmir, "Milli Şura"nın siyasətini rədd edir. Bu isə ona sərf edir. Sərf edir ona görə ki, parlament seçkiləri bitər-bitməz o yenidən xarici dipkorpusların qapılarına davam döyməkdən ayaqlarını dönək edəcək. Çünki "seçkilər demokratik və şəffaf keçirilmədi", "səslər oğurlandı", "müxalifət sıxışdırıldı" tipli itithamlar irəli sürüləcək və növbəti qrantlar üçün imkan yaranacaq. Bu imkanı isə nə komsomolçu Əli Kərimli, nə də ki, "Milli Şura"nın mollası Cəmil Həsənli əldən buraxmaq istəmirlər. Nəticədə hətta yetərsay olmadıqda belə, qurumun iclaslarının keçirilməsini "məqsədəuyğun" hesab edirlər. Təki xarici ağalarına göstərsinlər ki, yayın cırramasında bunlar şəhərdə oturub iclas-zad keçirirlər, ölkənin siyasi palitrasına "rəng qatırlar".
Amma bu dəfə keçməyəcək. Nə Əli Kərimlinin inqilabçılıq komsomolçuluğu, nə Cəmil Həsənlinin moizələri, nə də ki, o birilərin ucuz artistlikləri. Heç biri keçməyəcək. Keçmədiyinə görə də bunu bilən "Milli Şura" üzvlərinin əksəriyyəti onun iclasına qatılmağı istəməyiblər. Onsuz da yaxşı bilirlər ki, əgər Əli Kərimlinin cibinə pul axsa belə, həmin puldan-paradan bir qara qəpik də onlara düşməyəcək. Hərif-zad deyillər ki...
Ancaq öz aramızdır, bu "Milli Şura" yaman "rekord" qırmağı bacarır haaa!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB