Son dövrlər satqınlar klubu "Milli Şura"da baş verənlər oraya toplaşan və xarici qrantlardan pay uman siyasi partiyaların daxilində də bir sıra proseslərə rəvac verib. Belə ki, "Milli Şura"nın bundan sonrakı fəaliyyəti ilə bağlı ortada olan qaranlıq məqamlar həmin partiyalarda narazı qruplaşmaların meydana gəlməsinə və açıq şəkildə buna qarşı çıxmasına şərait yaradıb. Ermənipərəst Rüstəm İbrahimbəyovun "şura"nın fəxri sədri seçilməsinin iki il öncə Müsavat partiyasında necə qarşılandığı hər kəsə bəllidir. Düzdür, Müsvat həmin vaxtdan başlayaraq, kəskin qarşıdurmalardan hələ də yaxasını qurtara bilməyib.

Amma analoji proses AXCP-də də cərəyan etməkdədir. Belə ki, partiyanın Rusiyada yaşayan antimilli qüvvələrin əlaltısı Rüstəm İbrahimbəyova pərəstişi ermənipərəsrlik mövqeyindən çıxış etməsinə rəğmən, cəbhə sədri Əli Kərimlinin və onun marioneti, "Milli Şura"nın sədri Cəmil Həsənlinin İbrahimbəyovun mövqeyini ciddi-cəhdlə müdafiə etməsi partiyada olan bəzi qrupları hiddətləndirib. Bir müddət öncə AXCP-də yeni təyinatların olması da bu məsələ ilə səciyyələndirilir. Belə ki, Ə.Kərimli bəzi sədr müavinlərinin ona qarşı olan münasibətini bildiyi və son proseslərdə partiyadakı qruplaşmaların aktiv fəaliyyətinin qarşısını almaq üçün özünə yaxın hesab etdiyi şəxsləri yeni postlara təyin etmişdi. Nəticədə onun proqnozları doğruldu. Asəf Quliyevin, Razi Nurulalyevin, Zərifə Məhəddinovanın, Ağşirin Tanrıverdiğolunun, eləcə də digər etirazçı cəbhəçilərin Əli Kərimliyə qarşı asi çıxmaları buna sübutdur. Məsələn, indiyə qədər gənclər təşkilatına rəhbərlik edən və Ə.Kərimlinin bütün əmrlərini sorğu-sualsız yerinə yetirən Əbülfəz Qurbanlının sədr müavini təyin olunması AXCP sədrinin önləyici tədbirlərə əl atmasından xəbər verir. Belə ki, Ə.Kərimli hər zaman narazı müavinlərdən "yaxa qurtarmaq" metodundan istifadə edib. Lakin o yenidən hücuma keçib. İdarəetmədə partiyadaxili avtoritarizmə üstünlük verən və əks fikrə dözümü olmayan Ə.Kərimlinin bu "yerdəyişməsinin" arxasında məhz yeni qisasçılıq məsələsi dayanır. Onun məqsədi qərbyönümlü dairələrin maliyyəsindən asılı olan funksionerləri sıradan çıxarmaq istəyidir. Bir müddət öncəyə qədər həmin funksionerlərin yaratdıqları xəyanətlə məşğul olan QHT-lərin vasitəsilə AXCP-yə pul ötürən xarici dairələr partiyanın yeni siyasi yönümündən narazıdırlar. Onlar öz narazılıqlarını bildirməklə yanaşı, Ə.Kərimlini məhz özlərinə sərf edən, onların əmrlərinə tabe olan şəxslə əvəz etmək perspektivini təkzib etmirlər. Ə.Kərimli həmin qərbmeyilli təşkilatlardan qidalanan şəxsləri sıradan çıxarmaqla özünü sığortalamağa çalışır. Artıq məlumdur ki, yaxın vaxtlarda AXCP-dən kütləvi istefalar gözlənilir. Həmin istefalar isə AXCP-nin "Milli Şura"da, mövqeyini zəiflədəcək. Hər halda parlament seçkilərinə cəmi bir neçə ay qalmış bu hadisələrin yaşanması AXCP-də Kərimli kreslosunu əməlli-başlı laxlatmağa başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə