“Azadlıq” Vətənə xəyanətini etiraf etdi!

Bir neçə gündür ki, fəaliyyəti ətrafındakı real faktlar, gerçəkliklər barədə yazılan "Azadlıq" qəzeti sonda elə coşdu ki, uzun illər boyunca yazdığımız yazılar və məqalələr, proqnozlar sonunda özünü doğultmuş oldu. "Azadlıq" qəzeti etiraf etmək məcburiyyətində qaldı ki, bəli, bu qəzet başda AXCP sədri Əli Kərimli və onun ətrafı, eləcə də kərimovçu axecepeçi mirzələri (artıq elçibəyçilərdən orada əsər-əlamət belə qalmayıb-R.) ilə birgə dövlət maraqlarına çıxaraq, Vətənə xəyanətlərdə bulunub. Və çox ilginc bir haldır ki, iqtidar mətbuatındakı həmkarlarımız, məsələn "Yeni Azərbaycan" qəzeti bilavasitə Əli Kərimlinin nəzarəti altında üzə çıxan (və bu "üzü" öznüdə necə tapırsa…-R.) "Azadlıq"ı ifşa etdikdən sonra həmin qəzet xəyanətkar olduğunu açıq-aşkar, utanıb-qızarmadan etiraf edib. İstər dolayı yollarla, istərsə də bilavasiə, əsası odur ki, bunu edib.

Ancaq məsələ ondadır ki, Əli Kərimlinin qəzeti "Yeni Azərbaycan" kimi vətənə xidmət etməyi özünə ar bilərək, "Azadlıq" kimi vətənə xəyanət etməyi daha artıq hesab etməsilə, yəni bunu dırnaqda, ya da dırnaqdan kənar yazmaqla, heç də təmizə çıxmağı bacarmayıb. Çünki bu qəzet o qədər çirkaba, çamura, psiliklərə, xəbisliklərə bulaşıb ki, istər dırnaqda, istərsə də dırnaqdankənar olsa belə, ictimai rəy arasında öz "imicini" formalaşdırıb – XƏYANƏTKAR!

Məsələyə bir azacıq ayrı aspektdən yanaşaq. Məsələn, "Azadlıq" yazır ki, I Avropa Oyunlarında Azərbaycanı müxtəlif idman yarışlarında təmsil edəcək komanda üzvlərində azərbaycanlı azdır, qeyri-azərbaycanlılar isə çoxdur (?!-R.) Hə, nə olsun ki? Məgər nəticə etibarilə onların hamısı bir döyünən ürək –AZƏRBAYCAN üçün yarışmayacaqlarmı? İstər azərbaycanlı olsun, istərsə də qeyrisi! Sabah Avropa Oyunları çərçivəsində qeyri-azərbaycanlı idmançımız birincilik pyedestalına qalxaraq Azərbaycanın bayrağını yüksəkliyə qaldırldığı zaman, himnimiz Avropa qitəsini riqqətə gətirəcəyi zaman deməliyik ki, nəyə görə həmin idmançı qeyri-azərbaycanlı millətidir?! ABSURDDUR, və ABSURD olduğu qədər də İRQÇİ bir yanaşmadır!

Bu gün ABŞ-ın, Böyül Brtitaniyanın, o cümlədən digər ölkələrin olimpiyaçılar heyətində müxtəlif millətlərin nümayənləri bir bayraq altında biləşərək, dövlət bayraqlarının ən uca nöqtədə dalğalanması üçün mübarizə aparırlar. Eləcə də Azərbaycan idmançıları da onlar kimi. Əli Kərimli isə bu faktoru mübtəla olduğu siyasi korluğu vasitəsilə görmür, əvəzində neonasizm, yəni irqçilik baxışından çıxış etməklə, hansı tipli fərdə məxsus olduğunu sərgiləyir.

"Yeni Azərbaycan"dakı həmkarlarımız bunu yazarkən, həqiqətən də sübuta yetiriblər ki, əgər Əli Kərimli bandası iqtidarda olsaydı, vay olardı bu məmləkətdə yaşayan qeyri-azərbaycan millətindən olan vətəndaşlarımızın halına. Əslində, AXC-Müsavat iqtidarı dönəmində biz bunun şahidi olmuşuq. Çörək növbələrində, avtobus dayanacaqlarında, dükan və bazarlarda…

Sən demə, Azərbaycanda tikilən çoxsaylı idman kompleksləri, Olimpiya Mərkəzlərinin ölkə idmanına təsiri az olubmuş (?!-R.) Sual olunur xəyanətini etiraf etmiş "Azadlıq" qəzetinə – yəqin bu "səbəbdəndir" ki, I Avropa Oyunlalrının keçirilməsi, bunun ardınca İslam Ölkələri Oyunlarının keçirilməsi, daha sonra isə futbol üzrə UEFA kubokunun final mərhələlərinə aid olan dörd (!-R.) oyunun ölkəmizdə keçirilməsi barədə verilən qərarlar, daha öncələr isə bir çox idman yarışları üzrə keçirilmiş dünya və Avropa çempionatları buna görəmi Azərbaycanda baş tutur? Çox yəqin ki, bu sual da ya cavabsız qalacaq, ya da "Azadlıq"ın növbəti dövlətə-millətə xəyanət etirafını eşitməli olacağıq.

Yeri gəlmişkən, I Avropa Oyunlarında Ermənistan da bir neçə nəfərlik olimpiyaçı idmançıları ilə Bakıdakı yarışlar qatılacaqlar. Bu, beynəlxalq tədbirdir və zamanında Azərbaycan idmançıları Ermənistanın paytaxtında keçirilən beynəlxaq yarışlarda himnimizi səslənidirb, üçrəgnli bayrağımızı göylərə qaldıraraq, erməniləri məyus edib. O cümlədən, idman olmasaın, digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin də Ermənistanda qatıldığı konfranslar zamanı bayrağımız İrəvanın küçələrində dalğalanıb. Maraqlıdır, iqtidar mətbuatı bu barədə yazarkən, "Azadlıq" harada yatmışdı? Əli Kərimli öz nəzarətində işıq üzü gördürtdüyü qəzetdə "əməlisaleh" mirzəciklərinə bu barədə niyə yazdırmıdrı?! Bu sualın cavabı çox asandır. Yazdırsaydı, ona pul buraxan erməni dayıları çox qəzəblənər, xərclədikləri maliyyəsini kəsərdi. Bu qədər bəsit!

Bəli, Azərbaycan xalqı və dövləti daim həqiqətin, reallığın tərəfindədir və Əli Kərimlinin xəyanətini etiraf etmiş dəstəsindən fərlqi olaraq, ədaləti dəstəkləyir. "Azadlıq" narahat olub, gecə və gündüz yata bilmir ki, Azərbaycanda I Avropa Oyunları keçirildiyi bir ərəfədə Avropanı qınayır. Məgər burada anlaşılmayan nə isə varmı, "cənab" Əli Kərimli "bəy"? Bəli, bugünlərdə sənin (Əlin Kərimlinin-R.) də qazanına pay tullayan Avropa Parlamenti, o cümlədən, digər qərəzli anti-Azərbaycan təşkilatları ölkəmizdə mövcud olan müasir inkişaf strategiyasından, tərəqqi modelindən, demokratiklşmənin ən yeni və əsrarəngiz üsulundan bərk şəkildə narahat olmağa başlayıblar. Çünki bizim inkişafımız, son illərdə iqtisadi, siyasi, sosial böhran içində çabalayan, irqçilik meyllərinin artdığı, polis dövlətlərinə çevrilmiş Qərb ölkələrini kölgədə qoymaqdadır. Bu gün açıq-aşkar Azərbaycana qarşı səlib yürüşünə çıxan islamofob Avropa xristian klubları ikili standartlardan çıxış edib, işğalçı Ermənistan dövlətinin terrorçuluq missiyasını dəstəkləyir. İndi isə Əli Kərimli əslində erməni siyasətini dəstəkləyən Avropa qurumlarının Azərbaycana qarşı çıxardıqları oyunbazlıqlara sevinməsi ilə, həm də ermənilərin mövqeyini dəstəkləmiş olur. Bu səbəbdən, "Azadlıq"ın "erməni bayrağı nəyə görə Bakıda dalğalanır?" sualında hər hansı bir "millli heysiyyat" məsələsindən söhbət gedə belə blməz! Nəticədə bir daha sübut olunur ki, "Azadlıq" qəzetinin dolayı yolla "mən xəyanətkaram" etirafını etməsi bəlkə də Əli Kərimlinin fəaliyyət göstərdiyi siyasi arenada 20 ildən bəri səsləndirdiyi ilk doğru ifadəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə