I Avropa Oyunları strateji iqtisadi faydalılıq aspektində

Azərbaycan tezliklə I Avropa Oyunları kimi möhtəşəm bir idman yarışlarının təşkil edəcək. Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərcləri cari gəlirlər ilə müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatın bə layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır.

Avropa oyunları ölkəmizdə təşkil edilməsi Azərbaycanın makro-iqtisadi göstəricilərin və o cümlədən makro-iqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsir vardır. Əvvəlla, sözügedən oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makro-stabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. İkincisi, Arvopa oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə stabilliyinin möhkəmləndirilməsin töhvə verəcək. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirəcək və bu isə o deməkdir ki, dönərli valyuta bolluğu formalaşacaq. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklfinin artmasl olduqca vacibdir. Artıq Bakıda turistlərin sayında artımlar müşahidə edilməkdir. Bizim apardığımız monitorinqlər göstərir ki, manata tələbatın artması və valyuta dəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə edilməkdədir. Bu isə Mərkəzi Bankı intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə, dövlət rezervlərinin milli valyutaının stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq. Üçüncüsü, mövcud infrastrukturun inkişafı eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir...

I Avropa Oyunlar: Yeni Xarici Sərmayə İmkanları

Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrkturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. I Avropa Oyunları aspektindən infrastrukturun daha genişlənməsi ölkəmizin rəqabıt qabiliyyətini artıracaq. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas starteji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzun müddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin.

Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq.

Turizmin İnkişafında Yeni Mərhələ

Əslində, turizm sektoru Avropa oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirilir. Turizm sektoru I Avropa Oyunlarının təşkilindən ən çox faydalanan sahələrdəndir. Turizm üçün sözügedən oyunlarının təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşlidir. Əvvəlla, I Avropa Oyunları keçirilən müddətdə xeyili sayda turist ölkəmizə səfər edəcək. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə biləcək. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmayacaq, daha geniş miqyası əhatə edəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Ölkəyə gələn turist müxtəlif xidmətlər faydlanır və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə biləcək.

Bu möhtəşəm oyunlarının keçirilməsindən iqtisadi baxımdan təbii ki, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır. I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması demək olacaq. Hətta taksi sürücüləri də I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər. Turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönələcək. Bir məsələyə də diqqəti cəlb etmək istərdim ki, oyunları təşkili ilə bağlı ayrıan vəsaitlər çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilmişdir. Bu isə o deməkdir ki, sahibkarlarımız hətta oyunlar təşkil edilənədək I Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən iqtisadi xeyir əldə edə biliblər. Eyni zamanda I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir qismi daimi olmaqla şərti ilə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımdan olduqca əhəmiyyətli məqamdır.

Əslində, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarətdir ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Bircə faktı qeyd etmək lazımdır ki, artıq ölkəmiz bir neçə möhtəşəm yarışlara ev sahiblik etməklə bağlı razlıqı əldə edəcək. Azərbaycan formula 1, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizi yenidən çoxlu sayda tursitlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz I Avropa Oyunlarının keçirməklə əslində strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabliyyətini artırır və bu da sərmayə qoyluşların çoxalması baxımdan vacibdir.

I Avropa Oyunları Sosial Layihə Kimi

I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri var. Əvvəlla, bu oyunların təşkil edilməsi ölkəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə birbaşa sahibkarların, işçilərin faydalanmasına səbəb olacaq. Deməli, gəlirlər artacaq. İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. Deməli, büdcə sosialın öhdəliklərinə müsbət təsir göstərəcək. Üçüncüsü, ölkəmizə gələcək turistlərin yalnız paytaxtda deyil, eyni zamanda regionlara getməsinin gözlənilməsi və məhz orada əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Dördüncüsü, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhvə verəcək yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu is növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək.

I Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır. Bu eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. I Avropa Oyunları niyə ölkəmizdə təşkil edilməsinin isə bir cavabı var: Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixindən yeni bir mərhələnin başlatmağına imkan verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə