Con Forbes Kerri — ABŞ-ın dövlət katibi postunu tunana qədər, bu ölkənin Massaçusetsdən seçilmiş senatoru, Senatın xarici əlaqələr komitəsinin sədri vəzifələrinin sahibi olub. Con Kerrini Azərbaycan dövləti və xalqıyla "bağlayan" məsələ isə heç də müsbət şəkildə səciyyələndirilə bilinməz. Xatırladaq ki, məhz o erməni lobbisinin dəstəyi və sifarişi ilə 907-ci düzəlişin irəli sürülməsində xüsusi rol oynayıb. Belə ki, bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" aktına əlavə edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Həmin ərəfədə Con Kerrinin ABŞ-ın erməni diasporasından külli miqdarda rüşvət alması da qeyd edilən fikirlər arasındadır.
ABŞ dövlət katibinin ermənipərəstlik rolunda çıxış etməsində fövqəladə və sensasion heç nə yoxdur
Dünyaya "demokratiya dərsi" keçən və müstəqillik əldə etmiş ölkələrə "demokratiya ixrac" etdiyini dönə-dönə iddia edən ABŞ siyasi dairələrində mühüm dövlət posunta sahib Con Kerrinin bugünlərdə anti-Azərbaycan meylli qüvvələrlə iş birliyində olması, erməni lobbisinin maraqlarını müdafiəsini xüsusilə vurğulamaq lazımdır. Daha dəqiq desək, ABŞ dövlət katibinin ermənipərəstlik rolunda çıxış etməsindən fövqəladə şəkildə təəccüblənmək heç də lazım deyil. Çünki onun "demokratik siyasətinin" əsas köklərindn biri də daim erməni lobbisi ilə iş birliyində olması faktlarıdır ki, həmin faktların hər biri əsaslı şəkildə sübuta yetirilmişdir. O cümlədən, Kerrinin rəhbərlik etdiyi dövlət departamentinin həm "beşinci kolon"u, həm də bir sıra qərəzli beynəlxalq təşkilatları vahid mərkəz kimi idarə etməsi də bu sıradandır.
Con Kerri qərəzli və şantajçı təşkilatların vahid mərkəzi rolunu oynayır
Məsələn, Qərbin qərəzli beynəlxalq təşkilatların - "Human Rigts Watch"ın, "Freedom House"nin, "Article XIX"un, "Sərhədsiz Reportyorlar"ın, "Transparency İnternational"ın və digər bənzər təşkilatların Azərbaycanın guya qeyri-demokratik, söz və mətbuat azadlıqlarının məhdudlaşdırıldığı, tənqidçi jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinin, QHT-lərin təqib olunduğu ölkə kimi bəyanatlar səsləndirmələri, hesabatlar vermələri arxasında da Kerrinin mərkəzçi rolu oynaması bəllidir.
Söz yox ki, ölkəmizin müstəqil siyasət yürütməsi və həmin siyasəti ilə yanaşı inkişaf və tərəqqisi sayəsində dünyada öncül dövlətlər sırasında yer alması, Azərbaycanın müxtəlif əhəmiyyətli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi faktoru da burada siyasi-iqtisadi maraqlarını təmin etmək istəyən, lakin həmin maraqlarını təmin edə bilməyən qərəzli qüvvələrin böhtanları, şantajları ilə nəticəsini tapır. Lakin bunların heç biri onların istədikləri nəticələri daha öncələr də vermədiyi kimi, bu dəfə də nəticəsiz qalacaq. Bu baxımdan, I Avropa Oyunlarının əhəmiyyətinin guya şişirdildiyi, hakimiyyətin bu oyunlardan öz təbliğatı üçün istifadə etdiyi, eləcə də oyunların təşkili, Azərbaycanda sosial, iqtisadi, mədəni və idman snfrastrukturu haqqında primitiv, heç bir əsası olmayan şayiələr yayılıt. Və bütün bunların məqsədi Azərbaycan və I Avropa Oyunları haqqında Avropada mənfi ictimai rəy formalaşdırmaq, yarışlarda iştirak edəcək idmançıları, ölkəyə səfər edəcək turistləri bu niyyətdən çəkindirməkdir.
Məhz bütün bunları sadalayaraq, təhlilini apardıqca ABŞ-ın dövlət katibi Con Kerrinin məlum "siyasəti" daha çox ifşa olunmağa başlayır. Beləliklə, onun anti-Azərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur.
Nəyə görə Kerrini və onu idarə edənləri Assancın, Bredli Menninqin, Edvard Snoudenin taleləri maraqlandırmır?
Daha bir maraqdoğurucu məqam. Belə ki, Con Kerrinin ABŞ-ın dövlət siyasətindəki rolu hadisələrə doğru qiymət verməyi bacaran bir sıra Qərb media orqanları, o cümlədən təşkilatları tərəfindən də araşdırılır və nəticə etibarilə real həqiqətlərə söykənən suallar meydana çıxır. Sual olunur ki,
bu gün xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATİ-nin sədri, hələ "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ermənipərətst mərkəzlərlə sıx iş birliyində olub, Azərbaycan dövlətçiliyi əleyhinə beynəlxalq tədbirlə keçirən Emin Hüseynovun taleyi nəyə görə Con Kerrini "narahat edir"? Və nəyə görə onu və əlaltısı olan Qərb təşkilatlarını Assancın taleyi ilə maraqlanmırlar?
Eyni zamanda, "Wikileaks" saytına məlumatlar ötürən Bredli Menninqin taleyi hansı səbəblərə görə pərdəarxası məqamlara söykənir? Məqsəd bəllidir. Yaxud da ABŞ təşkilatları guya ayrı-ayrı ölkələrdəki "dözülməz vəziyyətdən baş götürüb qaçan mühacirlərlə" yanaşı, həm də dünyanın ən qüdrətli dövlətinin qisasından qaçaraq Rusiyaya sığınmış, ancaq orada da qorxu altında yaşayan Edvard Snoudeni müdafiə edərdilər. Axı onların hər biri məhz demokratiya
naminə faktları ortaya çıxararaq, dünyanın ictimai rəyinə təqdim edərkən, ABŞ hökuməti tərəfindən təqib olunmaqdadırlar.
Buna həm də islamofobiya deyilir!
Bu, Con Kerriyə və ümumilikdə ABŞ-ın dövlət siyasətinin maraqlarına cavab vermir. Onların maraqlarına cavab verən tək amil varsa, o da inkişaf və tərəqqi yolunu tutaraq, müstəqil siyasət yürüdən ölkələrin, xüsusilə müsəlman ölkələrinin daxili işlərinə qarışmaq, siyasi həyasızlıq edərək, qərəzlər, şantajlar yürütməkdən ibarətdir. Buna isə eyni zamanda islamofobiya deyilir!
Biz daha bir fakta da müraiət etsək belə bir nəticə hasil edə biərik ki, əslində ABŞ siyasi dairələrinin özləri asılı vəziyyətdə qalıblar. Belə ki,
Amerikalı ekspertlərin rəylərinə görə, Amerika hakimiyyəti hazırda Obama-Kerri cütlüyünün yanlış siyasəti nəticəsində lobbi qruplarından asılı vəziyyətdə qalıb. Siyasi korrupsiya elementləri, sifarişlər və s. bənzər vasitələr ABŞ siyasətini demək olar kiI, dalana dirəməkdədir.
Con Kerri Azərbaycanın Ermənistanın 20 faiz ərazilərini "işğal" etməsi ifadələrini "səhvən" işlədərsə, burada təəccüblü nə isə axtarmaq lazım deyil
Növbəti bir fakta da nəzər salaq və Kerrinin lobbist qurumlardan nə qədər asılı vəziyyətdə olduğunu izahlı qaydada müşahidə edək. Məsələn, bu ilin 15 mart tarixində Misirdə keçirilən beynəlxalq iqtisadi konfransın ilk günündə çıxış edən ABŞ dövlət katibinin sözləri siyasi müzakirəyə və ziddiyyətlərə səbəb olub. Məsələ ondadır ki, bir sıra ölkələrin xarici işlər nazirləri, iş adamları ilə təmsil edildiyi konfransda ABŞ dövlət katibi Con Kerri də çıxış edib və "Gələcəyin Misiri" adlı iqtisadi konfransda çox ciddi siyasi səhvə yol verib.
"Hamımız İsrailin gələcəyi üçün dəstək göstərməli, əlimizdən gələni etməliyik", - deyə çıxış edən Kerri Misirlə İsraili qarışdırıb. Onun bu sözləri isə salondakılarda soyuq duş effekti yaşadıb. Bir sıra politoloqlar isə ABŞ rəsmisinin bu çıxışını şüurlu şəkildə etdiyini irəli sürürlər. Bəli, məhz şüurlu şəkildə. Əgər nəzərə alsaq ki, İsrail dövləti ABŞ-la hərtərəfli şəkildə müttəfiqlik edir və o da sirr deyil ki, Amerikada yəhudi lobbisinin xüsusi çəkisi mövcuddur. Bu zaman Kerrinin məlum çıxışındakı "səhv" bir daha onun asılı vəziyyətdə qalmasına dəlalət edir.
Ona görə də Con Kerri nə zamansa Qarabağ mövzusundan danışarsa, danışığı əsnasında Ermənistanın Azərbaycanı deyil, Azərbaycanın Ermənistanın 20 faiz ərazilərini "işğal" etməsi ifadələrini "səhvən" işlədərsə, burada təəccüblü nə isə axtarmaq lazım deyil. Bu, Kerrinin növbəti dəfə lobbist qurumlardan asılı olmasını sübut edəcək faktor ola bilər.
Beləliklə, məsələ tam şəkildə aydındır. Con Kerri Azərbaycan əleyhinə işləyən qrupların vahid mərkəzçisi rolunu oynayır. Amma həmin rolunun öhdəsindən gəlməyi bacarmır. Və çünki Con Kerri - pul gücünə danışan "demokratdır". Bu səbəbdən də ondan Misirlə İsraili "səhv" salan "siyasətçi" kimi daha heç bir "ədaləti" gözləmək olar mümkün deyildir. Reallıqlar bunu söylərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB