Vətənə xəyanət insanın doğulduğu, böyüyüb boya-başa çatdığı məmləkətinə qarşı xilaf çıxması, Vətənə xəyanət deməkdir. Bu isə, dünyada ən ağır cinayətlərdən biri sayılır. Tarix boyu vətəninə, millətinə və xalqına xəyanət edənləri ən ağır şəkildə cəzalandırıblar.
Məhz bu cür əməllərə görə ittiham edilərək barələrində həbs qəti-imkan tədbiri seçilən Leyla Yunus və həyat yoldaşı Arif Yunusun, İntiqam Əliyevin və digər "hüquq müdafiəçisi" altında Azərbaycanın maraqlarını düşmənə satmaları ictimaiyyətə çoxdan məlumdur. Hazırladıqları qondarma "siyasi məhbus" siyahıları, Ermənistanın siyasi və kəşfiyyət orqanları ilə bağlı olan qeyri-hökumət təşkilatları ilə yaxın münasibətləri, sıx əməkdaşlıqları qondarma hüquq müdafiəçilərinin erməni sevgisinin göstəricisi və bu sevgidən irəli gələrək Azərbaycan dövlətinə xəyanətləridir. Bütün bunları araşdıran hüquq-mühafizə orqanları müəyyən ediblər ki, L.Yunus, A.Yunus, İntiqam Əliyev, Rauf Mirqədirov və başqaları "xalq diplomatiyası" üzrə birgə layihələrin gerçəkləşdirilməsi adı altında maddi maraq zəminində Azərbaycan vətəndaşlarını məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələndiriblər.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Lakin ağa qara deməyi vərdiş edən, Azərbaycanın maraqlarını hər zaman zərbə altına qoymağa çalışan dağıdıcı müxalifət təmsilçiləri, qondarma hüquq müdafiəçiləri L.Yunus, A.Yunus, İntiqam Əliyev və Rauf Mirqədirovun həbsi ətrafında siyasi şou yaratmağa cəhd göstərir, vətənə xəyanətdə, dələduzluqda, maliyyə maxinasiyalarında, vergidən yayınmaqda, bir sözlə, Azərbaycan qanunvericiliyini pozmaqda təqsirləndirilən şəxslərin müdafiəsinə qalxırlar. Sual olunur ki, onların erməni siyasi və kəşfiyyat dairələri ilə əməkdaşlığı, mənhus niyyəti hər kəsə aydın olan bir insanı müdafiə etməyə vadar edən nədir? Niyə bir milyondan artıq azərbaycanlının pozulmuş hüququ məsələsini bircə dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında qaldırmayan bu adamlar bu qədər canfəşanlıq edirlər? Çünki dağıdıcı müxalifət də öz fəaliyyətlərində daim riyakar olduqları üçün maraqları naminə vətənə xəyanət edənləri müdafiə edəcək. Bir də hakimiyyətdə olduqları məlum keçmişlə xalqın etimadından birdəfəlik məhrum olan, müxalifət imicini itirən ifrat radikallar özlərinin "nicat yolunu" yalnız qarşıdurmalar, iğtişaşlar törətmək, həm də antiazərbaycançı mövqedə dayanan xarici dairələrlə əməkdaşlıqda görürlər. Azərbaycanın son illərdə nail olduğu dinamik inkişaf, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması bir sıra xarici siyasi dairələrdə olduqca narahatlıq doğurur. Xüsusən ermənipərəst mövqedə dayanan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq, ölkəmizin imicinə zərbə vurmaq üçün müxtəlif üsullara əl atıblar. Bu yolda onların əməkdaşlıq etdikləri L.Yunus kimi üzdəniraq hüquq müdafiəçiləri və dağıdıcı müxalifət olub. Ölkə ictimaiyyətinin dağıdıcı müxalifət rəhbərinə nifrətinin kökündə dayanan ən böyük səbəblərdən biri də onların dövlətə xəyanət yolunu tutmalarıdır.
Əli Hüseynli həbsə atılan QHT rəhbərlərini "xəyanətkar" adlandırır
Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məsələyə münasibət bildirərəkən beynəlxalq təşkilatların hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib. Ə.Hüseynli bildirib ki, əslində onları "tanınmış" edən elə həmin beynəlxalq təşkilatlardır: "O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, həmçinin Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri, nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər? Təəssüf ki, Qərbin bir sıra dairələri, bəzən də xüsusi xidmət orqanlarının idarə etdiyi beynəlxalq fondlar və QHT-lər təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu cür qanunsuz fəaliyyətlə məşğuldurlar. Belə təşkilatlardan Ermənistanın işğalı nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsini gözləmək, buna çağırışlar etmək əbəsdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB