Kimsəyə sirr deyil ki, ABŞ kimi bir ölkə Ermənistanın işğalçılıq siyasətiə göz yumaraq torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini isə əlinə imkan düşən kimi baltalamağa çalşır. Və təbii ki, bu ABŞ-ın, eləcə də bu ölkədən fərqlənməyən bir sıra Qərbi Avropa dövlətlərinin xristian təəssübkeşliyi, bu cür məsələlərdəki ikili standartlardan yanaşması, daha dəqiq desək, xristian klubu deyilən amilin sübutudur. Btü bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan xalqı ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqelərini ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşma hesab etməkdə ədalətlidir.

Selektiv yanaşmanın nəticəsi

Çünki ortada faktlar kifayət qədərdir. Elə isə həmin dəlillərə müraciət edək. Məsələn, bir sıra müsəlman ölkələrinə qarşı sanksiyalar tətbiq edən ABŞ senatı və konqresi, Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti nədənsə insan hüquqlalrının pozulduöu ölkə olan Ermənistana qarşı heç bir tədbir görmürlər. Eyni zamanda, Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Nəticə isə qarşıdadır. Bu gün Qərbədn fərlqi laraq, bir çox dövlətlər artıq həmin tərəfə ciddi nəzərlərlə baxmırlar.

Məsələn, sual edilə bilər ki, nə üçün Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Parlamenti güllələnən, prezident və parlament seçkilərindəki seçki saxtakarlıqlarına görə mitinqə çıxan yüz minlərlə erməni nümayişçilərini gülləbaran edən, yüzlərlə siyasi fəalı həbsxanalara dolduran Ermənistana qarşı belə sanksiayalar qəbul olunmur, onlar tənqid edilmirlər.

Və bu gün antimilli qüvvələr olan Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov kimilərini müdafiə edən və xüsusən də Leyla Yunusla bağlı bəyanat verən ABŞ Dövlət Departamenti regionumuzun digər ölkələrində, Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demir.

Təsadüfi hesab etmək olmaz

Məsələ isə kifayət qədər səhih və aydındır. Yəni ölkəmizin tanınması baxımından mühüm əhəmiyyətə malik tədbirlər öncəsi Azərbaycanı gözdən salmağa yönəldilmiş kampaniyaların əksəriyyətində Qərbə yalmanan sapı özümüzdən olan baltaların adının keçməsini də təsadüfü hesab etmək olmaz. Milli maraqları tapdamağa hazır olan, dövlətə, xalqa, dövlətin və xalqın uğurlarına qarşı

hər zaman düşmən mövqe nümayiş etdirən onun kimilər öz addımları ilə hansı maraqlara qulluq göstərdiklərini bir daha ifşa etmişdir.

Bu baxımdan, Qərbin indiki məqamda ortaya düşüb siyasi oyunbazlıqlar etməsi səmərəsiz və nəticəsiz qalacaq. Ən azından, həmin tərəflər siyasi iflasa məruz qalacaqlarına öz gözləri ilə şahid olacaqlar. Məgər bu indidən görünmürmü?

Bütün xəbərlər Facebook səhifəmizdə