"Fredoom House" kimin hüquqlarını qoruyur?

"Freddom House"un adı çoxlarına bir neçə ildir ki, məlumdur. Lakin hələ İkinci Dünya müharibəsi ərəfəsində bu təşkilat müharibə edən dövlətlərə silah satışında əsas rol oynayırdı. Belə ki, 1941-ci ildə Vaşinqtonda yaradılan qurumun fəaliyyəti bir neçə il gizli saxlanılıb, daha sonra isə, müharibədə məğlub olan tərəflərlə bütün silah alış-verişi müqavilələri bu təşkilat hazırlayırdı. Məhz 1944-cü ildə ABŞ-ın müharibəyə girməsini təmin edən də "Fredoom House" idi. Daha dəqiq desək, "məşğul olan dövlətlərə yardım" adı altında özünə silah bazarı açmaq üçün müharibəyə girən ABŞ-ın bu istiqamətdə bütün danışıqlarını bu qurum həyata keçirirdi. Bu, heç də təsadüfi taktika deyildi. Elə Birinci Dünya müharibəsinə də 1917-ci ilin aprelində daxil olan ABŞ-ın "silah satışını" təmin edən "Fredoom House" tipli bir neçə şəbəkəsi var idi.

Bu qurumlar Çinə elan olunan "Açıq qapı" doktrinasının, "Dollar" diplomatiyasının ən uğurlu təəssübkeşləri idilər. Şübhəsiz ki, zaman keçdikcə dünyada baş verən siyasi-iqtisadi proselsərə uyğun olaraq ABŞ-ın nəzarətində olan "Fredoom House" kimi bir neçə anarxist qurumlar öz fəaliyyətlərini "korrektə" edərək" "insan hüquqlarının müdafiəçisi" rolunda çıxış etməyə başladılar. Biz bunun "Human Rights Watch" təşkilatının simasında daha açıq şəkildə şahidi olmuşuq. Bu gün nələr baş verir? "Fredoom House" təşkilatının vasitəsilə ABŞ xüsusi xidmət orqanları bu gün də öz çirkin niyyətlərini həyata keçirirlər, lakin daha fərqli formada. Məsələn, təhsil-tədris müəssisələrinin, neft şirkətlərinin, universitetlərin, mediya qurumların, müxtəlif ofislərin, iqtisadi proqramların, diplomatik korpusların əli ilə öz missiyasını yerinə yetirir. Həmçinin müxtəlif ölkələrdən ABŞ-a təhsil almağa gedən gənclərin böyük bir hissəsi öz doğma vətənlərinə döndükdən sonra tamamilə fərqli düşüncə tərzinə malik olub, öz ölkəsinin milli maraqlarının əleyhinə fəaliyyət göstərirlər.

Son ildə sözün həqiqi mənasında əsl inkişaf yolunu tutan, müstəqil siyasət həyata keçirən dövlətlərə qarşı həyata keçirilən qara piyarda, qarayaxma kampaniyasında "Fredoom House"un rolu hədsiz dərəcədə böyükdür. Niyə də olmasın? Bu qurum öz profili üzrə fəaliyyət göstərir. Bu gün bir sıra Avropa mətbuatında Azərbaycan haqqında gedən qərəzli yazılar da məhz bu təşkilatın mətbəxində hazırlanır. Bu il Azərbyacanda iki mühüm hadisə olacaq: Olimpiya oyunları və parlament seçkiləri. Məhz belə bir ərəfədə, ölkəmiz üçün həssas bir dövrdə "insan hüquqları" adı altında ölkəmizə qarşı hücuma keçən təşkilatların mövqeyi anlaşılandır. Bu, onların xislətidir. Biz bunun ilk dəfə şahidi deyilik ki. Baxın, dünyanın ən böyük terrorçularını elə ABŞ yetişdirir. ABŞ İŞİD-i necə yaratdı? İŞİD-in gələcək taleyi necə olacaq? 2015-ci ildə dünyanı ABŞ-ın diqtəsi ilə hansı təhlükələr gözləyir? Bütün bu sualların cavabı var. Bu haqda növbəti sayımızda...

Bütün xəbərlər Facebook səhifəmizdə