Mitinqlər o zaman keçirilir ki, sosial sifariş olsun. Bu sifariş cəmiyyətdə yoxdursa, mitinq keçirməyə cəhd etməyə dəyməz. Məlumudur ki, 15 Martda özlərini milli təəssübkeş adlandıranlar növbəti uğursuz mitinq cəhd edəcəklər. Çünki, mitinqin sifariş xaricdən gəlib. Elə ona görə də uğursuz olacaq. Səbəb isə bu ölkənin müstəqilliyindədir. Biz azərbaycanlılar qanımızla qazandığımız hürriyəti heç kimə yedirtmərik. Bu işə baş qoşmayın. Nəyə görə də qınanasınız ki? Neçə illərdir qınanırsınız nə faydası oldu ki? Elə həmişə sifarişi kənardan alıb ölkədə tətbiq etməyə çalışırsınız. Ay mənim xalqımın yazıq kəsimi bəlkə dayanasınız? Heç olmasa bircə dəfə ümummilli maraqlardan çıxış edin. Heç olmasa cəhd edin. Bəlkə ona-buna işləmək ondan yaxşı olacaq. Bir dadın görək necədir? Keçirin mitinq deyin ki, ay "dayılarımız", ay "con"lar neçə illərdir biz sizin sifarişiniz yerinə yetiririk, bu xalqa ziyan veririk, nə olar bir dəfə biz xatirimizə xalqın yarasına məlhəm olun. Neçə illərdir şəhid analarımızın gözünün yaşı qurumur. Gəlin bizə kömək edin. Nə üçün demirsiniz? Deyim niyə? Çünki, elədiyiniz "yaxşılıqlar"ın qarşılığını maddiyatla almısınız. Qorxursunuz ki, ondan məhrum olarsınız. Ona görə qorxursunuz ki, qayıdıb üzünüzə deyərlər ki, ay ... neçə illərdir kimin hesabına yaşadığını unutmusan? Bax bədbaxlığınız burdadır. Ona görə də sizin sabah ey mənim uca millətim deməyə mənəvi haqqınız yoxdur. Bundan başqa diqqətinizə çatdırım ki, bu gün Azərbaycan vətəndaşı mitinqlərlə sosial problemlərinin həll olunacağını gözləmir. Xalq yalnız özünün güvənib, inanıb seçdiyi Prezidentinə inanır. Amma istəyirəm mitinqdə nələrin baş verəcəyini proqnoz şəklində deyim. Deməli mitinq azı 45 dəqiqə gec başlayacaq. Səbəblər isə çoxdur. Bir neçəsini deyək. İnsanlar ora gəlməyəcək. Bu zaman gözləyəcəksiniz ki, görək orada nə baş verdiyini öyrənməyə çalışanlar da meydançaya daxil olsun. Sonra, ilk təxribat baş verəcək bir neçə adam özü ilə mitinqin "ruh"una uyğun gəlməyən plakat gətirəcək. Və təbii ki, polis buna imkan verməyəcək. Bu zaman nəzarətinizd olan bir neçə KİV bunu qabardacaq ki, bəs mitinqin təşkilinə maneə olunur. Təbii, bu da bir bəhanədir sizlər üçün. Və bu səbəbləri uzatmaq olar. Amma, yaddan çıxmamış deyim sonra sizin qarşınızda başı aşağı zad olaram. Nəhayət meydana baş bilənlər gəlir və meydançanı azı bir kruq firlanıb qalxır ora və bu azı 15 dəqiqə çəkir. Bir saat belə getdimi? Sonra ilk "lider" başlayır danışmağa. Alqışlar göyə qalxır, qürrələnir və budur "natiq" başlayır danışmağa. Bax o 1 saatda nə danışacaqlarını sabah mitinqin gedişini izləyib elə yazacam. Görək nə danışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə