"Amnesty İntarnational"ı tanıyırıqmı?

1960-cı ildə yaradılan "Amnesty İnternational" təşkilatı 1991-ci ilə qədər tamamilə tam fərqli bir formada fəaliyyət göstərib. Daha dəqiq desək, bu təşkilat ABŞ-ın, Qərbin SSRİ-də həyata keçirdiyi bir çox kəşfiyyat oyunlarının ideoloji mərkəzi olub. Xüsusilə də, Rusiya dövlət adamlarını "qadın toruna" salmaq, sənət adamaları adı altında SSRİ-də casuslar şəbəsəkəsi yaratmaq bu qurumun əsas məqsədi idi. XX əsrin 60-70-ci illəri bu baxımdan SSRİ tarixinin ən ziddiyyətli dövrlərini təşkil edir. 1964-cü ildə Brejnevin Baş katibliyi ilə başlayan yeni mərhələ həmin dövrdə ABŞ məxfi sənədlərində "gözəl moldovalı" dövrü kimi dəyərləndilirdi. Söhbət Brejnevdən gedir. ABŞ dünyanın ən gözəl qadınlarını SSRİ rəhbələrinin qucağına atmağa çalışırdı, özlərinin qadın agentləri vasitəsilə bütün sirlərə agah olmağa çalışırdılar. Hətta SSRİ rəhbərlərinin qızları ilə də "sevgi" münasibəti qurmaq üçün ABŞ ən yaraşıqlı, plastik əməliyyatlar keçirmiş kişiləri ora göndərirdilər.

SSRİ dağıldıqdan sonra dünyanın dəyişməkdə olan düzəninə uyğun olaraq bu təşkilat da "hüquq" donu geyinməyə başladı və guya insanların hüquq və azadlıqlarının "müdafiəçisi" kimi çıxış edəcəkdi. 90-cı illərdən etibarən bu qurum daha çox "yenilənmə" dövrü yaşadı və XXI əsrin əvvəllərində aktiv fəaliyyətə başladı. Əslində məqsəd yerində qalır, sadəcə metod və üsullar dəyişdirilib. Eyni çoğrafi areal... Keçmiş sovet ölkələrində insan hüquq və azadlıqları ilə bağlı baş verə biləcək bütün hadisələrə bu təşkilat münasibət göstərir. Əslində isə beynəlxalq qurum olmasına baxmayaraq biz "Amnesty İnternational"ın Azərbaycan da daxil olmaqla 3-4 ölkədən başqa dünyanın heç bir ölkəsindəki insan hüquq və azadlıqları ilə bağlı hesabatlar acıqlamadığının şahidi olmuruq. Əslində mətləb aydındır.

Lakin ortada ən qərəzli məsələlərdən biri odur ki, bu təşkilat Azərbaycanda keçiriləcək Olimpiya Oyunlarını boykot etməyə çağırır. Şübhəsiz ki, nəyi əldə etməyə çalışırsa, ona görə də belə qərəzli çağırış ortaya qoyur. Lakin biz "it hürər, karvan keçər" misalını illərdir ki, sınayırıq və yolumuza davam edirik. Bundan sonra da elə olacaq. Olimpiya Oyunları da bitəcək, başqa oyunlar da ancaq, ABŞ-ın, Qərbin belə saxta oyunları bitməyəcək ki bitməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə