Qulağımız pis xəbərlərə o qədər alışıb ki, təəccüblənməyə yerimiz də qalmayıb. Bəzən pis xəbərlərin sayı o qədər çox olur ki, buna alışırıq, başlayırıq normal qəbul etməyə. Amma bu normallıqda bir anormallıq da var axı. Necə ola bilər ki, sənə pis xəbər versinlər, sən də bunu normal qəbul edəsən? Məsələn, dünyanın superdövlətlərinin separatizmə sponsorluq, separatçı rejimlərə dayəlik etmələri kimi xəbərlər. Daha konkret Dağlıq Qarabağ münaqişəsi və onu həll etməyə çalışan güclərin ikibaşlı oyunları kimi...
... Bu gün adətim üzrə erməni saytlarını çeşidlədiyim vaxt qarşıma bir məlumat çıxdı. 23 ildir regiona səfərləri ilə nəyinsə dəyişəcəyini böyük ümidlərlə gözlədiyimiz ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor, Ceyms və Pyer "qardaşları" Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa səfər edərək oyuncaq hərbi qurumun rəhbərləri ilə görüşüblər. Təəccübümdən birinci şoku bu xəbərdə yaşadım. Əcaba, münaqişədə tərəf bəlli olduğu halda həmsədrlər Xankəndinə nəyə gedirlər? Ermənistan rəhbərliyini hədəfdən yayındırmaq nəyə lazımdır? Əgər günahkar, işğalçı, ermənilərlə azərbaycanlılar arasında nifaq yaradanları axtarırsınızsa özünüzə əziyyət verməyin, mikroskop götürməyə də dəyməz. Məhz görüşünə qaçaraq getdiyiniz Ermənistan prezidenti Serj Sarkisyan sifətini görmək yetər ki, bu "stepanakert dığası"nın 26 il bundan əvvəl Dağlıq Qarabağda separatçıları, quldir dəstələrini başına toplayıb azərbaycanlıları öz ata-baba yurdlarından perik saldığını xatırlayasınız. Bəs niyə 26 il öncə qarşıdurmaların alovlandığı kəndlərə, qəsəbələrə, şəhərlərə belə "turist səfərləri" etmirdiniz? İndi nə baş verib, güclənən Azərbaycan ordusunun bir gün bütün Qarabağa bayraq cancacağı gözləntisi, deyəsən, ermənilərdən çox sizin yuxunuzu ərşə çəkib.
İkinci şoku isə həmsədrlərin qondarma rejimin "prezident"i ilə bir masada oturmaq azmış kimi, "müdafiə naziri" ilə də təmas xəttində baş verənləri müzakirə etdikləri barədə məlumat oxuyanda yaşadım. O "müdafiə naziri" ki, onun təmsil etdiyi dövlət yox, bütün dünyanın lənətlədiyi terror təşkilatlarından biridir. Amma bütün dövlətlərə ağıl dərsi keçən Rusiya, Fransa və ABŞ kimi supergüclərin təmsilçiləri 26 ildir davam edən erməni işğalını dayandırmaq əvəzinə erməni lobbisinin quyruğunda sürünməkdən, quldurların ayağına getməkdən utanmırlar. Onlardan soruşan lazımdır, əgər Dağlıq Qarabağdakı rejim, hərbi xunta danışıqlarda tərəf deyilsə, onların görüşünə gedib vaxt itirməyə, hüzurunda quyruq bulamağa dəyərmi? Halbuki, həmsədrlər mediaya açıqlamalarında bunun sülhyaratmada böyük rol oynayacağını ərz ediblər. Əlbəttə, sülh təkcə bizim üçün yox, bütün region üçün lazımdır, gərəkdir. Amma bu sülhü kiminlə yaratmalı? Həmsədrlərin səfəri belə deməyə əsas verir ki, bu "troyka" Azərbaycanla qondarma qurumu bir masaya oturtmaq niyyətindədir. Fikir verin, həmsədrlərin budəfəki səfəri zamanı prezidentlərlə Böyük Sülh Müqaviləsindən danışıblar. Azərbaycan tərəfi Böyük Sülh Müqaviləsinin müddəaları üzərində işə başlamağa hazır olduğunu bəyan edir, amma Ermənistan bu barədə danışmaq istəmir. Daha döğrusu yalnız erməniləri qane edəcək bir şərtlə: danışıqlarda "Dağlıq Qarabağ Respublikası" tərəf kimi iştirak etsin. Bunu Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan deyib: "Ermənistan və Qarabağ razılıq verərsə, Böyük Sülh Müqaviləsi üzrə işə başlamaq mümkün olacaq".
Yenə erməni xisləti. Bu isə o deməkdir ki, Ermənistan separatçıları danışıqlar prosesinə cəlb etmək istəyir və deməli, bu günə qədər razılaşdırılan prinsiplərin üzərindən xətt çəkilir və danışıqlar yenə sıfır nöqtəsinə daşınır. Məqsəd isə dəyişmir: Necə olursa olsun Azərbaycanı Dağlıq Qarabağdan imtinaya məcbur etmək.
Deməli söylənilənlər əbəs deyilmiş, həmsədrlərin separatçıların "prezident"i, "müdafiə naziri" ilə görüşmələrindən niyə narahat olduğumuz bəlli olur. O da bəlli olur ki, əslində "üçlük" bizim üçün yaxşı heç nə vəd etməyən planın xəritəsi üzərində iş aparır. Eyni zamanda Azərbaycanın bu savaşda təkcə Ermənistanla müharibə aparmadığı üzə çıxır. Vaxtilə çörəyimizi yeyib, suyumuzu içib, səfalı, şəfalı yerlərimizdə kef içində yaşayan və sonunda bizə xəyanət edənlərlə, bu gün təbii sərvətlərimizdən bəhrələnən, neftimizin alovuna qızınanlar, qazımızdan qazlananlar bir yorğan altına toplanıblar. Ermənilərin də olduğu yorğanın altında nələrin baş verdiyini isə təxmin etmək olar. Vay o günə ki, yorğan altından anası erməni olan əcaib məxluq çıxa.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB