Kremerin quldarlıq şüurundan doğan etiraf

Yaxud, hər yer və hər şey ABŞ-ın istədiyi kimi olmalı deyil!

Vaşinqtonun Makkeyn institunun baş direktoru, daha çox "Freedom House"nin rəsmisi kimi tanınan Devid Kramerin Azərbaycan dövlətinə qarşı hansı cür münasibət bəsləməsi əslində, kimsəyə sirr deyil. Uzun illərədir ki, ölkəmizdə yürüdülən müstəqil siyasətə qarşı qeyri-obyektiv, qərəzli və şər istiqamətli mövqe ortaya qoyan, hətta zaman-zaman daxilindəki aqressiyasını gizlətməkdə acizlik çəkən bu amerikalı fərdin XXI əsrdə quldarlıq prizmasından çıxış etməsi əslində təsadüfi sayılmamalıdır. Çünki o, ilk növbədə özünü dünyanın hegemon dövləti hesab edən və dünya siyasətindəki dəyişiklərə bilavasitə müdaxilə etdiyini hesab edən Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır.Görünür, bu baxımdan, Devid Kramer istədiyi digər dövlət və ölkə haqqında nə istəsə danışmağa hüququ çatdığını düşünür. Təbii ki, Kramerin bu cür davranışları quldarlıq təfəkküründən o tərəfə keçmir.

ABŞ "demokratiyasının" verdiyi ən çox "bəhrə" İraqda, Əfqanıstanda, Misirdə, Yəməndə, Suriyada tökülən yüz min litrlərə hesablanmış müsəlman qanlarıdır

Bu gün ABŞ siyasətinin və bu siyasət tərkibindəki "demokratiyasının" aşkar nəticələri göz qarşısındadır və bu barədə çox danışılıb, yazılıb. Danışılıb və yazılıb ki, ABŞ "demokratiyasının" verdiyi ən çox "bəhrə" İraqda, Əfqanıstanda, Misirdə, Yəməndə, Suriyada tökülən yüz min litrlərə hesablanmış müsəlman qanlarıdır. Lakin məsələ yalnız müsəlman qalnarında deyil. Eləcə də Kramerin öz məmləkəti, ölkəsi olan ABŞ-da tökülən qaradərili, sarıdərili, qırmızıdərili iqrlərə məxsus digər insan qanları da müsəlman qanları qədər ucuz və "demokratikdir"!

Ancaq yox! Əgər Devid Kramer Vaşinqtonun Makkeyn institunun baş direktoru, və "Freedom House"nin rəhbəridirsə, onun üçün bu qanların dəyəri sıfırdır. Çünki ortada onun QULDARLIQ baxışları mövcuddur. Kramer dünyada inkişaf edən, müstəqil siyasət yürüdən, istənilən azad ölkəni, dövləti "qeyri-demokratik" adlandıra bilər. Ancaq həmin dövlətlər – tutaq ki, müstəqil siyasət yürüdən Azərbaycan "Ağ Ev" tərəfindən yürüdülən "siyasətə" qarşı etirazlı fikir sısləndirə bilməz. Çünki Azərbaycan ölçülərinə görə, ABŞ-dan kiçik ölkədir.

Kramer aqressivləşir, quduzlaşır və…

Fikir verin, dəyərli oxucular! ABŞ nüvə ölkəsidir, ABŞ dünyanın istənilən yerində "demokratiya" dərsi keçə bilər, amma onun "demokratiyasında" mövcud olan çatışmazlıqları bu ölkənin üzünə demək olmaz (?!-R.N.) Bu hansı "demokratiyadır"? Yaxud, ABŞ-a necə "insan haqlarını müdafiə edən, söz və ifadə azadlığını qoruyan" ölkə demək olar?!

Bu gün Devid Kramer Azərbaycanda istədiklərinin reallaşmamasını, dövlətimizin, hakimiyyətimizin müstəqil siyasət yürüdərək, ABŞ-ın lazımsız, ikili standartlı tövsiyələrinin həyata keçməməsini görərək, aqressivləşir, quduzlaşır və…

Və dərhal ölkəmizi sanksiyalarla hədələməyə başlayır. Üstəlik, bütün demokratik dəyərləri ayaq altına ataraq, onu (demokratik dəyərləri) "quldur rejimi ABŞ-a meydan oxuyur" ifadəsi ilə xıncım-xıncım edib əzir! Demək, Kramerin quldarlıq təfəkküründən belə çıxarış etmək mümkündür ki, əgər hər hansı müstəqil, demokratik dövlət ABŞ siyasətinə öz iradını bildirirsə, bu zaman həmin dövlət dərhal dönüb-olur "quldur rejim" (?!) Məgər bu absurd deyilmi? Məgər belə bir baxışın özü bilavasitə orta əsrlərin quldarlıq baxışından yaranan mövqe deyilmi? Təbii ki, belədir və çox təəssüf ki, belə də davam edir. Çox təəssüf ki, ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Azərbaycanda Xocalı soyqırımı kimi bir qətliama hələ də siyasi qiymət vermir!

Kramer bir milyon qaçqının, Xocalıda erməni qaniçənlərinin əllərində həlak olan körpələrin, qadınların, qocaların hüquqlarını Leyla Yunusun, Xədicə İsmayılın və daha bir neçə nəfərin badına qurban verir

Təəssüf ki, Kramerin "demokratik" ölkəsi bir milyonluq qaçqınlar ordumuzu görmür, ya da özünü görməməzliyə vurur! Təəssüf ki, Kramer bir milyon insanın, Xocalıda erməni qaniçənlərinin əllərində həlak olan uşaqların, körpələrin, qadınların, qocaların hüquqlarını Leyla Yunusun, Xədicə İsmayılın və daha bir neçə nəfərin badına qurban verir!!!

Məgər bu amilin özü də Devid Kramerin quldarlıq baxışlarının bariz göstəricisi deyilmi?!

Bizlərdə belə bir deyim var – kişidirsə…Əgər Kramer kişidirsə, getsin öz ölkəsinin prezidenti Barak Obamanın ABŞ-da düşən nüfuzunun nəyə görə bu həddə çatması barədə araşdırma aparsın və rəhbəri olduğu Makkeyn İnstitutu, ya da "Freedom House" təşkilatı vasitəsilə dünyaya açıqlasın, hesabat yazsın. Edə bilərmi? Əlbəttə ki, yox! Çünki dünyaya kişi gözü ilə baxmağı bacarmır və bu gün onun bu kimi qeyri-demokratik qeyri-kişiliklərini burada – özümüzün işindən olub, özümüzü baltalayan qeyri-kişilər dəstəkləyirlər. Hətta sevinirlər, və hətta dərhal öz mətbu orqanlarında tirajlayırlar. Necə ki, Kramerin Azərbaycan dövləti və hakimiyyəti haqqında dərc etdirdiyi məqalə Ermənistan mətbuatında pəh-pəhlə tirajlanıb…

Bu gün ABŞ Konqresi, Dövlət Departamenti, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən idarə edilən "Azadlıq" Radiosunun paxırları üzə çıxıb. Üzə çıxdıqdan sonra isə haqlı olaraq bağlanılıb. Quldar Kramerin isə buna görə halı pisləşib. Çünki Azərbaycanla bağlı növbəti planları iflasa uğrayıb. Və nə yaxşı ki, bütün bunlar vaxtında olub!

Bütün xəbərlər Facebook səhifəmizdə