Milli Şura”nın sönük mitinqi AXCP-nin təlaşına səbəb oldu

Və ya bunu edilən dolayısı etirafdan da görmək çox asandır

"Milli Şura"nın ötən həftənin sonlarında kelirdiyi növbəti mitinqi də öncədən bəlli olduğu kimi rüsvayçı sonluqla nəticələndi. Əslində, bu mitinqin cəmiyyətdə, ictimai rəydə heç bir rezonans doğurmayacağını bəri başdan düşünməsinə kifayət qədər səbəblər də var idi ki, həmin səbəblərdən biri və ən əsası, normal düşüncəyə malik olan insanların anromallıq üzərində qurulmuş siysi "təfəkkürü" rədd etməsi amildir. Məhz bu baxımdan, hələ "Milli Şura"nın mitinqinin keçirilməsinə günlər qala ictimai rəy bu prosesə barmaqarası nəzərlərlə baxmağa üstünlük veridri. Çünki "köhnə hamam, köhnə tas" prinsipindən fərqlənməyən növbəti mitinqdə də eyni halın təkakrarlanacağı gözlənilən idi. Mitinqdə kifayət qədər az insanın toplaşması, onların sayının rəsmi xəbərlərə görə 900 nəfəri keçməməsi isə bu iddianı təsdiq etdi.

Danılmaz faktlar...

Lakin ortada digər bir maraqlı məqam özünü biruzə etməkdədir. Məsələ ondadır ki, "Milli Şura"nın biabırçı mitinqini müxtəlif ötr-basdır prinsipi ilə pərdələməyə çalışan AXCP və bu partiyaya yaxınlığı ilə seçilən "Azadlıq" qəzeti dolayısı ilə etiraf edib ki, həqiqətən də həmin mitinqdə çox az sayda insan iştitak edib. Belə ki, "Azadlıq" qəzetinin yazısında iddia olunduğuna görə, guya həmin mitinqdən "100 minlərlə insan xəbər tutub". Guya "siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyanın "Azadlıq" qəzeti vasitəsilə işıqlandırılmasını həmin qəzetin tirajı qədər insan oxuyub – 40 min nəfər (?!-R.N.) Bu zaman belə bir sual yaranır ki, "Azadlıq" qəzeti zaman-zaman həqiqətən də təzyiqlərə məruz qalırsa, qəzetin işıq üzü görməsinə hakimiyyət tərəfindən müxtəlif əngəllər yaradılırsa, bu mətbu orqan 40 min nüsxəni necə tirajlayır? Digər tərəfdən, adıçəkilən qəzetin oxucu sayının 40 min nəfər olmasını AXCP təhbərliyi necə sübut edə bilər? Əgər həqiqətən də bu mətbu orqanı gündə 40 min nəfər insan oxuyursa, demək adicə riyazi hesablamalara görə, həmin qəzetin mətbuat yatyımında heç bir problemi olmamalıdır. Bu birinci danılmaz fakt! İkinci fakt isə budur ki, "Milli Şura"nın daha öncəki mitinqləri də sonuncu mitinqdən fərqlənməyib və bu mitinqə də azsaylı insan toplaşıb. Əgər bu qəzeti real olaraq 40 min nəfər oxucu izləyirsə, demək növbəti mitinqə qatılanların sayı da 40 min nəfəri aşmamalı idi. Ən azından mitinqə edilən çağırışlara görə, 40 min nəfər olmasa da, 20-30 min insan toplaşardı. Ancaq kimsə bunun şahidi olmadı. Bu faktor isə "Milli Şura"nın eləcə də AXCP-nin cəmiyyət tərəfindən ciddi qəbul edilməməsinin məntiqi göstəricisidir!

"Azadlıq" qəzeti düşdüyü çətin vəziyyətdən çıxış yolunu belə vasitələtlə axtaramağa cəhd göstərir

O cümlədən, daha bir gülünc iddiadan da görünür ki, "Milli Şura"nın mitinq təşkilatçıları mitinqə 100 nəfərin iştirakını mitinqin baş tutması kimi qiymətləndirirlər. Bu zaman daha bir sual – 100 nəfərlə keçirilən aksiyanı mitinq adlandırmağın özü siyasi savadsızlığın bariz göstəricisi deyilmi? Çünki 100 nəfərin toplaşdığı hər hansı bir aksiya uzağı piket kimi qiymətləndirilə bilər. Bu baxımdan, mitinqə az insanın olduğunu etiraf edən "Azadlıq" qəzeti indi də bu vasitə ilə öz rüsvayçı iddialarını önə çəkir, bir növ düşdüyü çətin vəziyyətdən çıxış yolunu belə vasitələtlə axtaramağa cəhd göstərir.

Qondarma "DQR"da iki soydaşımıza qarşı keçirdikləri məhkəməyə "Milli Şura"nın mitinqində bir kəlmə də olsa fikir, etiraz şüarları səsləndirilmədi

Daha bir fakt isə "Milli Şura"nın mitinqində "Azad et" şüarı ilə "siyasi məhbus" məsələsini qabartmasıdır. Daha dəqiq desək, dövləti cinayətlərdə, dövlətə qarşı edilən xəyanətlərdə, erməni kəşfiyyatı ilə iş birliyində ittiham olunan, hələ ki, məhkəmə qərarları olmayan, istintaqları gedən şəxslərin azadlığa buraxılmalarını tələb edən Əli Kərimli, Cəmil Həsənli və onların yandaşları Azərbaycan xalqının hiddətləndiyi əsas fakta qətuyyən toxunmayıblar. Belə ki, bu gün qondarma "Dağlıq Qarabağ Respublikası"nda işğalçı dövlətin dəstəyi ilə separatçı rejimin iki soydaşımıza qarşı keçirdikləri məhkəməyə "Milli Şura"nın mitinqində bir kəlmə də olsa fikir, etiraz şüarları səsləndirilmədi. Məhz bu amil də belə qənaətə gəlməyə əsas yaradır ki, istər "Milli Şura"nın, istərsə də AXCP sədri Əli Kərimlinin ümummilli məsələlərlə bağlı heç bir konsepsiyaları olmayıb, bundan sonra da olmayacaq. Çünki onları maraqlandıran əsas hədəf "siyasi məhbus" adı altında siyasi manipulyasiyalar edib, qarantlar qazanmaqdır. Və çünki, bu "qüvvələrin" ümumiyyətlə, heç vaxt ümummilli məsələlər ilgiləndirməyib. Məgər bu faktın özü həmin "qüvvələrin" siyasi artistlik edərək, insanları öz bezdirici "siyasətləri" ilə ələ almaq planlarını aşkar etmirmi?

Aksiyaya ictimai maraq olsaydı, "Milli Şura"nın mitinqinə kifayət qədər çox insan toplaşa bilrədi

Ancaq bu faktlar da son deyil. Adıçəkilən "qüvvələr" mitinqin sosial şəbəkədə müzakirələrə səbəb olmasını, KİV-də yayılmasını da "əsas" gətirərək, mitinqdən 40 min insandan daha çox – 100 minlərlə insanın xəbərdar olduğunu iddia edir. Ancaq düşündürücü məsələ ondadır ki, sosial şəbəkədə, yaxud da KİV-də mitinq barədə yazılan fikirlərin hər biri üst-üstə düşürmü? Məsələn, sosial şəbəkədə bir çox siyasi ictimaiyyət nümayəndələri "Milli Şura"nın mitinqinə iztehzalı münasibət bəsləmiş, həmin aksiyanı uğursuzuluq kimi qiymətləndirmşdir. O cümlədən, KİV-lərdə də mitinq barədə ciddi fikirlər səsləndirilməyib. Bir çox siyasi şərhçilər həmin mitinqin "Milli Şura"nın fiaskosu kimi dəyərləndiriblər. Məgər iddia edilən "40 minlər"in, "100 minlər"in hər biri "Milli Şura"nın mitinqindən xəbərdar olursa, bunu "mitinqə olan maraq" kimi təqdim olunması nə dərəcədə ciddi təsir bağışlaya bilər? Çünki reallıqda buna maraq olsaydı, yuxarıda qeyd edildiyi kimi, onların aksiyalarına kifayət qədər insan toplaşa bilərdi. Ancaq bunların heç bir baş vermədi. "Milli Şura"nın mitinqi "Azadlıq" qəzetinin iddia etdiyi kimi uğurlu alınmadı, əskinə, rüsvayçı və biabırçı sonluqla nəticəsini tapdı. Baxmayaraq ki, mitinq günü hava da kifayət qədər yaxşı, hətta isti idi...

"Azadlıq" qəzetinin qeyri-ciddi "arqumentlərinə" cavab olaraq, "Səs", "Yeni Azərbaycan" qəzetləri istənilən mövzu ilə bağlı xalqa çağırış etsə, YAP-ın tədbirlərinə 1 milyon insan toplaşaraq, hakimiyyətin apardığı uğrulu siyasətə dəstək verdiyini bildirəcək

Bu gün AXCP mətbu orqanının, o cümlədən, "Milli Şura" rəhbərliyinin düşdükləri rüsvayçı durumu pərdələməkdən ötrü iqtidar mətbuatını hədəfə alması da sübut edir ki, onların çarələri yalnız buna qalıb. Çünki iqtidar mətbuatının yazılı orqanları dağıdıcı müxalifətin mətbu orqanlarında fərqli olaraq, xalqa reallıqları çatıdır. Bu reallıqlar isə göz önündədir. Və əgər hakim partiya istənilən mövzuda mitinq, yaxud da aksiya keçirsə, həmin tədbirlərə 100 minlərlə insan qatılacaq və iqtidarın yönəltdiyi ölkədaxili, ölkəxarici siyasətinə yekdil dəstək göstərəcək. Sadəcə, "Azadlıq" qəzetinin qeyri-ciddi "arqumentlərinə" cavab olaraq, "Səs", "Yeni Azərbaycan" qəzetləri istənilən mövzu ilə bağlı xalqa çağırış etsə, YAP-ın tədbirlərinə 1 milyon insan toplaşaraq, hakimiyyətin apardığı uğrulu siyasətə dəstək verdiyini bildirəcək. Bu baxımdan, "Azadlıq" qəzetinin rəhbərliyi, AXCP və "Milli Şura"nın cılız sədrləri bu faktları dərk edib, heç də narahat olmasınlar. Çünki onlar narahat olduqca, paxırlarının üstü daha çox açıqmağa başlayır və ifşaları daha açıq şəkildə sərgilənir. Əks halda, "Milli Şura"nın sönük mitinqi bu dərəcədə AXCP-nin təlaşına səbəb də olmazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə