Leyla Yunus – Siyasi sadomazoxist bənzərliyi

Leyla Yunus siyasi sadomazoxistir. Hətta o, nəniki siyasi o cümlədən, fiziki sadomazoxist təsirini də bağışlayır ictimai rəyə. Yəni mənim tərəfimdən edilən bu iddianı onun baxşlarından rahatca görmək mümkündür. Sadəcə baxın…Baxın və hər cümləsində, cümləsinin hər bir hərfində, nöqtəsində, vergülündə irəli sürdüyüm sadomzaoxistlik iddiamdakı meyarlarını ölçün. Çünki Leyla Yunusun hər cümləsində, cümləsinin hər hərfində, nöqtəsində, vergülündə onun ilk növbədə Azərbaycanın milli-dövlətçiliyinə qarşı sərgilədiyi sadomazoxizm "ornamentlərini" görəcəksiniz. Ancaq bəri başdan deyim ki, Leyla Yunusun bu "naxışlarını" görməkdən ötrü siyasi korluqdan uzaq olmaq lazımdır. Elə də uzağa getməyərək, ötən bir neçə ildə Leyla Yunusun bu Vətənə, bu millətə, xalqa etdiyi "canyananlıqıarı" arxasındakı aşkarlıqları nəzərdən keçirək. Məgər Fransada (erməni soyqırımını tanıyan bir dövlətdə! – R.) ona verilən ali orden mükafatını havadanmı vermişdilər? Leyla Yunus zərbaycan dilini bildiyi halda niyə rus dilində "ya xoçu v tualet!" bağırır? Nəyə görə Leyla Yunus həbs olunarkən, Ermənistanın hüquq müdafiəçiləri buradakılardan daha çox narahat olmağa başladılar? Niyə "Biz erməni xalqının uğradığı soyqırımının 100 illiyiyini rəsmi şəkildə qeyd edəcəyik" deyən Fransa prezidenti Fransua Olland Leyla Yunusa bu qədər çox məhəbbət sərgiləyir? Hansı səəbəbədən?! Əlbəttə ki, Leyla Yunusun Azərbaycana bəslədiyi sadomazoxist baxışları üzündən!

Onun bu millətə, xalqa Vətənə verəcəyi cavabı olmalıdır

Bu gün həbsə düşüb onun "ləzzətini" görən Leyla Yunus əsində həbsə düşməməsi üçün ölkədən qaçmaq istədi. Günahı yox idisə niyə qaçırdı ki?! Demək, o bu ölkəyə etdiklərini edəndən sonra artıq getməli idi. Sadəcə, zamanında davranılan lazımi müvafiq hərəkətlərdən sonra bu azəri-türk düşməni ilişib qaldı Azərbaycanda. Çünki onun bu millətə, xalqa Vətənə verəcəyi cavabı olmalıdır.

Bu gün Leyla Yunusn Azərbaycandakı siyasi idarəçiliyi Stalin repressiyası ilə bərabər tutur. Məsələn, iddia edir ki, "bu günün Azərbaycanında heç kim düşüncə azadlığı dövrünü görüb-yaşamayıb". Yaxud, ölkədəki siyasi-ictimai vəziyyəti Stalin siyasəti ilə eyniləşdirməyə cəhd edir bu milli düşmən! Yaxşı əgər həqiqətən də belədirsə, bu zaman həmin o sadomazoxistə sual edirəm ki, əcəba, Stalin dövründə SSRİ-də neçə siyasi partiya var idi? Stalin zamanında azad şəkildə mitinqlər, aksiyalar keçirmək nə qədər mümkünüydü? Stalinin idarəçiliyi dövrü SSRİ-də müxalifət deyilən bir anlam, nə istədiyini yazan müxalifət mətbuatı, söz azadlığı mövcud idimi? Öz ölkəsinə, xalqına qarşı çıxan adamın başına sığal çəkilirdimi? Xarici ölkələrin kəşfiyyatı ilə iş birliyi quran adamlar azad, asudə qaydasındamı həyatlarını davam etdirirdilər? Yox, əsla!

Fransua Olland Leyla Yunusa yenə orden verəcək

Yəni Leyla Yunus özünü nə qədər dəliliyə, axmaqlığa vursa da bütün bunları yaxşı bilir. Ancaq bir fakt da budur ki, Leyla Yunus bu ölkəyə, bu xalqa, bu millətə və dövlətə qarşı sadomazoxistik etməsə, onun qazancı dıfra bərabər olar. Daha onu nə erməni hüquq müdafiəçiləri müdafiə edər və nə də ki, Fransua Olland orden verər. Üstəlik, nobel mükafatı heç yuxusuna da girməz Leyla Yunusun. Ona görə də o, daha da aqressivləşərək, sadomazoxistliyini canla-başla icra etməkdədir. Hətta həbsxana divarları arasında olmasına rəğmən…

P.S. Sadomozaxist demişkən, Leyla Yunus bu peşəsinə o qədər aludə olmuşdu ki, hətta həbsxanada belə həmin peşəsini işlətməyə çalışdı. Ancaq məhbusların da öz qayda-qanunları var axı. Oralarda sadomazoxistlərə pis baxırlar, özü də lap pis!

Bütün xəbərlər Facebook səhifəmizdə