"Sülh və Demokratiya İnstitu"nun rəhbəri, hazırda bir sıra cinayət tərkibli əməllərinə görə həbsdə olan Leyla Yunus, o cümlədən, onun əri Arif Yunus ətrafında ölkənin radikal təmayüllü müxalifəti tərəfindən müxtəlif səpgili oyunlar oynanılmaqdadır. Söz yox ki, bu gün ölkə maraqlarını, xalqın maraqlarını erməni kəşfiyyatına satan birisinin bəziləri tərəfindən dəstəklənməsi, ona "siyasi məhbus" donunun geyindirilməsi, eyni zamanda bu don altından onun satqınçılıq "ideologiyasının" davam etdirilməsi bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində, Leyla Yunus həbsdə olmasına rəğmən, onun simasızlığını azadlıqda olaraq əks etdirənlər var. Bütün bunlar öz yerində…
Leyla Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır
Lakin bu gün belələri nə qədər ciddi-cəhdlər göstərsələr də, Leyla Yunus xəyanəti və həbsi ətrafında özlərinə siyasi xallar toplamağa çalışsalar da bir danılmaz həqiqət mövcuddur – bu ünsür Vətənə xəyanətin simvolu kimi artıq çoxdan "tarixə" düşüb. Və bu gün "Leyla Yunusa azadlıq!" şüarını səsləndirərək, siyasi manipulyasiyalar fonunda "lider" kimi görünənlər də eynilə "hüquq müdafiəçisinin" ermənipərəst mövqeyi ilə seçilməsini, erməni maraqlarına xidmət etməsini dəstəkləyənlərdəndirlər. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, Leyla Yunus bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.
Digər tərəfdən, həm Leyla Yunusun, həm də onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, o cümlədən, Ermənistan xüsusi xidmət orqanları və xaricdə fəaliyyət göstərən erməni lobbisi ilə əlaqələrinə də dair çoxsaylı faktlar açıqlanıb. Bu barədə demək olar ki, ölkə mətbuatının əksər orqanları yazıb, araşdırmalar aparılıb və s. Eyni zamanda, düşmən Ermənistan mətbuatı da bu gün Azərbaycanda onu müdafiə edən radikal təmayüllü siyasi dairələr kimi daim Leyla Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.
Hətta olayları izləyərkən, nəticəyə gələrək belə bir rəy formalaşdırmaq olar ki, bu gün Leyla Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır. Yəni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. Baxmayaraq ki, bir tərəf erməni dilində yazır, o biri tərəf də Azərbaycan dilində!
Onun əsas məqsəd, Azərbaycana qarşı təzyiqləri reallaşdırmaqdır
Əbəs yerə deyil ki, radikal müxalifət mediası tez-tez Azərbaycanın snaksiyalarla üz-üzə qalacağı barədə dezinformasiyalar yayırlar
Lakin ortada daha bir ilginc məqamlar da dayanıb. Belə ki, xüsusi qara-qışqırıqları ilə seçilən Leyla Yunus bu üsulin ona səmərə vermədiyini görərək, indi də həbsə olan əri Arif Yunusa məktublarla müraciətlər edir. Yəni o, bu vasitə ilə özünü "qəhrəman" tipajında sərgiləyir, o cümlədən, Azərbaycana qarşı çıxan müəyyən xarici təşkilatlara siqnallar ötürür ki, Azərbaycan həmin həbslərə görə təzyiqlərə məruz qalsın. Əbəs yerə deyil ki, radikal müxalifət mediası tez-tez Azərbaycanın snaksiyalarla üz-üzə qalacağı barədə dezinformasiyalar yayırlar. Belə ki, Leyla Yunusun Arif Yunusa yazıdlqarı məktubları bir tərəfdən Azərbaycan ictimaiyyəti qarşısında öz fəaliyyətinə bəraət qazandırmaq (Hansı ki, Azərbaycan ictimaiyyətini Leyla Yunus amili qətiyyən maraqlandırımır. Əks halda onun azadlığa çıxmasını tələb edən yalnız radikal müxalifətə məxsus beş-on nəfərlik qaragüruhçu dəstə olmaz, daha çox insan toplumu olardı – R.N.), digər tərəfdən isə beynəlxalq ictimaiyyətdə özü haqqında "mübariz insan haqları müdafiəçisi" obrazı yaratmaq, erməni lobbisinin təsiri altında olan müəyyən xarici təşkilatların Azərbaycana qarşı kampaniyasına zəmin yaratmaqdır.
Primitiv və plagiat "dissidentlik"
O da təsadüfi deyil ki, Leyla Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (Deyək ki, Soljenitsının – R.N.) dəst xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır.
Çünki Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar Leyla və Arif Yunusların qaranlıq əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir. Və çünki Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusları şiddətlə qınayır və onların həbsini anti-milli və cinayətkar, satqınçılıq fəaliyyətin məntiqi nəticəsi hesab edir.
Bu gün "Bizim adımızı tarixdən silmək mümkün olmayavaq" tipli bəyanatlar verən Leyla Yunus və onun əri A.Yunusun adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB