Cəmil Həsənlinin Leyla Yunus haqqında yazısını oxudum. Maraqlıdır. Amma heyrətamiz deyil. Və ya bəlkə də kimsə bu məqamda Cəmil bəydən arqumentli ya da bərli-bəzəkli siyasi açıqlama - filan gözləyib. Amma, şəxsən mən...həqiqətən bu gözləntidə olmamışam. Çünki, adamın ağlı şair ağlı olmasa da ruhu şair ruhudur. O mükalimədən, müzakirədən çox vəsfi, təsviri sevir. O lider ötkəmi ilə deyil, poeziya dili ilə danışmağın vurğunudur. Necə ki, Prezident seçkiləri öncəsi keçirdiyi mitinqlərdə də (təbii, əgər buna mitinq demək mümkünsə) Vaqifdən vurub Sabirdən, Nizamidən vurub Fizulidən çıxırdı. Ən sonda isə kimsə qulağına pıçıldayırdı ki, "atam balası, tamada deyilsən, siyasətçisən. Burax bu şeyriyyəti, keç əsas mətləbə..."
Əlqərəz, mövzudan yayınmayım. Demək, Leyla Yunus adlı dəxilsiz ünsürün öz günahları və törətdiyi cinayətlərdən dolayı başına gələn halu - qəza nə zamandır ilham pərisi qeyblərə çəkilən Cəmil əfəndini yenidən cuşa gətirib. Fəqət, yenə də eyni dəsti - xəttlə. Yəni, adama yönələn ittihamlar, üzərindəki cinayət təqibi qalıb bir kənarda, Cəmil müəllim Leyla xanımın ağappaq ayaqlarından danışıb. Üstəgəl, o ayağın üzərinə (qafiyə düz gəlsin deyə) "qançır" epitetini nallayaraq....
Heç yadımdan çıxmaz, bir dəfə də Cəmil Həsənli Leyla Yunusa "bacımız"- deyə xitab etmişdi. Hələ bu "haqq-hesablar" yenicə başlarkən. Utanmadan, qızarmadan – elə beləcə də xitab etmişdi. O bacı ki - bütün həyatı və fəaliyyəti boyu erməni qarşısında əyilməkdən ya da dik durmaqdan böyük missiya daşımayıb. O bacı ki, Xocalı faciəsini – sərgiləməli olduğu vətəndaşlıq mövqeyi başına dəysin – hətta vəzifəsindən belə sui - istifadə edərək gizlətməyə çalışıb, analarımızın, bacılarımızın, igid oğullarımızın qanının batmasında maraqlı olub. O bacı ki, qəlbində gəzdirdiyi məkrli niyyətin, hikkənin, ambisiyanın həyata keçməsi üçün şeytanın, zalımın, düşmənin belə qarşısında farağat durmağı özünə ar bilməyib. O bacı ki, ermənicə səlis danışırkən azəricə yalnız söyüş söyə bildiyini, öz millətinə, öz dövlətinə qarşı hansı böyüklükdə nifrət hissi bəslədiyini nümayişkəranə şəkildə etiraf edib. O bacı ki, qardaş papağını yerə soxaraq, tualetə belə getməyini ictimailəşdirib, indiyə qədər bar uşaqlarının belə bilmədiyi, eşitmədiyi "fünskar" kəlmələri, yağlı söyüşləri leksikonumuza gətirib....
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB