Azər Ayxanın milçəköldürən reallığı

Ötən həftə "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini, adıçəkilən qəzetin köşə yazarı Azər Ayxan uzun müddətli sükutdan sonra AXCP və onun sədri Əli Kərimli ilə bağlı danışmağa (yazmağa) məcbur oldu. Və bu yazı daha çox, çoxdan yığılıb-qalmış bir kinin, nifrətin və qəzəbin təzahürü idi desək, heç də zənnimizdə yanılmarıq. Niyəsi də bəllidir zatən. Bəllidir ki, "Yeni Müsavat" Müsavat partiyasının müəyyən mənadakı mətbu orqanıdır və son zamanlar AXCP-yə, daha çox isə Əli Kərimliyə məxsus "Azadlıq" qəzeti müsavatçıları dolayısı ilə təhqir edib. Bu təhqirlərin, şantajların isə əlbəttə ki, bir cavabı olmalıydı. Oldu da…Özü də necə!

Hakimiyyət, iqtidar yalan oldu, müsavatçılar doğru!

Azər Ayxaqn haqlı olaraq məcbur oldu yazmağa ki, Əli Kərimlinin çetesi xəstə təfəkkürə malikdir və bir mövzunun ucundan tutanda onu buraxmırlar. Turşumuş qatıq qoxusu verənə qədər tirajlayırlar. Və nə yaxşı ki, müxalifətyönlü media qurumunun rəhbər vəzifəli şəxsi olaraq, Azər Ayxan Əli Kərimli reallığını sonda qiymətləndirməyi bacardı. Əgər qiymətləndirməsəydi, düşünmək olar ki, Əli Kərimlinin xəstə "uşaqları" hələ 2014-ün sonuna qədər tutacağıydılar Ramiz Mehdiyevin KİV rəhbərləri ilə görüşünün ucundan və ictimai rəyin başını ağrıdacağıydılar.

Məsələ ondadır ki, həmin görüşə "Yeni Müsavat" qəzetinin rəhbərliyi də qatılmışdı. Məhz bu amil dərhal Əli Kərimlinin və onun "Azadlıq"ının "muşkasına" düşdü. Pəh! Daha nələr yazılmadı orada…Qardaş, hakimiyyət, iqtidar yalan oldu, müsavatçılar doğru!

Nəticəsi də bu oldu – Əli Kərimlinin xəstə "uşaqları", macəraçı avantürist dəstə, Əli Kərimli və onun qaragüruh dəstəsi, zombiləşmiş tərəfdarları…

Hətta Əli Kərimli və onun dəstəsi Azər Ayxanın gözündə milçək kimi də görünüb. Məsələn yazıb ki, "sadəcə, bəzən adam milçəköldürən kimi tərif olunan məişət alətinə əl atmaq məcburiyyətində qalır...".

Öz aramızdır, deyəndə ki, milçək iyrənc deyil, könül bulandırır, şəxsən mən bununla razılaşmıram. Çünki çox yerə oxumuşuq və görmüşük ki, milçək qədər mikrob yayan həşərat bir də milçəkdir. İndi bu Əli Kərimli və başının dəstəsi həqiqətən də milçəkdir. Özü də elə-belə yox, lap elə göy milçək. Azər Ayxan da binəva nə etməlidir? Təbii ki, bir əlinə qələm alıb, o biri əlinə də milçəköldürən. Şəxsən məni də mişləköldürmə kampaniyasına dəvət etsə, məmnuniyyətlə qatılardım…

Bütün xəbərlər Facebook səhifəmizdə