Anna Brösser Azərbaycana gəldi və gələn kimi də gözünü yumaraq ağzını açdı. Açdı nə açdı! Sən demə, Azərbaycanda "siyasi məhbuslar" türmələrə yerləşmirmişlər, mətbuat ümumiyyətlə çıxmır, müxalifət də ki, ağzına su alıb, çünki qorxur ki, bir də su içə bilməz… Deyəndə ki, a kişi, bu Qərblilər xristian ailəsinin heç bir üzvünə gözün üstündə qaşın var sözünü demir, heç kəs buna inanmıır. Deyəndə ki, Avropada Azərbaycan kimi qüdrlətli, demokratik müsəlman ölkəsinin inkişafı bunların gözlərini kor edir, yenə də kimsə buna inanmır. Siyasi korluqdan əziyyət çəkən Avropa nümayəndələri və Avropanın Qərb dəyərlərini (təəssüf ki, onların bir çox dəyərləri milli maraqlarımıza cavab vermir – R.) bizlərə tamamilə başqa mövqelərdən sırımağa çalışan diplomatlar bu gün də eyni mövqedən çıxış etməyə davam edirlər.
Əcəbdir vallah!
Başa düşmək olmur ki, ölkəmizin torpaqları xristian ailəsinin təmsilçisi olan Ermənistan tərəfindən işğal olunduğu halda nəyə görə Qərbli "ağıllılar" bu məsələnin üzərindən çox yavaş və səssizcə keçirlər? Amma bunun əvəzində yenə də xristian ailəsinin təmsilçisi olan ermənilərin dediklərini təkrarlayan erməniləşmiş Azərbaycan müxalifətinin ahu-zarlarını az qala hər dəfə üzümüzə vururlar?!
Bu gün AŞPA prezidenti jurnalistlərin qabağına çıxıb deyir ki, "Biz hansı ölkədə oluruqsa, həmin ölkədə pozulan insan hüquqları barədə danışırıq". Əcəbdir vallah! Demək belə hesab etmək olar ki, Azərbaycanda 1 milyon qaçqın olduğu halda onların hüquqlarının pozulması AŞPA prezidenti üçün heç nəymiş! Onlar üçün önəmlisi Əli Kərimlinin özü-özünü izlədərək, videoya çəkdirib kürreyi-aləmə car çəkdirməsi, İsa Qəmbərin NİDA-çılar haqqında onlara donoslar yazması, gündə iqtidarın sağına da, soluna da balta çalan müxalifət mediasının üz-gözünü cırıb haray şüvəninə hay verməsidir.
Azərbaycanın qüdrətlənməsindən əməlli-başlı ehtiyat etməyə başladıqlarını gizlədə bilmirlər
Əgər belə olmasaydı, avropalı xanım Anna Brösser Azərbaycan Parlamentindəki çıxışında birinci olaraq "siyasi məhbuslardan", "söz və ifadə azadlığının pozulmasından" yox, məhz ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağdan danışardı! Danışmadı! Danışmadı və üstəlik artıq da gəlməyi unutmadı.
Bu gün Azərbaycanın inkişaf və tərəqqisinə görə artıq gələnlər çoxdur. Fransa prezidenti Fransua Ollanddan tutmuş, ABŞ Dövlət Departamentinə qədər, oradan tutmuş ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morniqstara qədər. Hətta ATƏT və digər beynəlxalq təşkilatlar demokratik və müsəlman Azərbaycanın qüdrətlənməsindən əməlli-başlı ehtiyat etməyə başladıqlarını gizlədə bilmirlər. Görünür bu səbəbdən də buraya təşrif buyuran kimi, gözlərini yumub, ağızlarını açırlar. Ancaq bir gün gözləri yumulu olduğu üçün açıq ağızlarına nə isə düşə bilər bu qərblilərin. Nəyin düşəcəyini isə, buraxaq dəyərli oxucularımızın ixtiyarına. Qoy özləri tapsınlar ki, o nə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB