Saqqal yaxşı şeydir, amma ki, gərək kişidə ola. Ancaq elə kişidə ki, onun atdığı addımları, ləyaqət və mənəviyyatı, yaşam tərzi, bütövlükdə həyat davamiyyəti həqiqətən də kişiyə yaraşan olsun. "Kişi" var, milli, dini, mənəvi dəyərlərini, dədə-baba adət-ənənələrini satır ərəb bədəvisinə və olur xəvaric, təkfirçi, ya da vəhhabi. Hansı ki, bizim dədə-babalarımız belə şeyləri yatıb-yuxularında görməyib. Hətta belə bir el məsələmiz də var ki, "saqqalım yoxdur, sözüm keçmir". Yəni saqqal elə bir atributdur ki, onunla zarafat etmək olmaz. Sözükeçən kişilərimiz saqqal saxlayıb, sözkeçərlik edərmişlər. Hər kişi də cürət edib, saqqal saxlamazdı! Əlbəttə ki, dindarları istisna olmaqla.

Ancaq indiki "kişilər" bir santimetr saqqala görə, ərəb bədəvilərindən pul alır, üstəlik gedib orda-burda "cihad" adı altında "müsəlmançılıq" edirlər. Bu da azmış kimi, arvad-uşaqlarını özləri ilə birgə real ölümün yekə açılmış ağzına doğru itələyirlər. Adlarını da qoyurlar ki, "Allah yolunda saqqalımızı uzadıb, şalvarlarımızı da gödəltmişik". Necə deyərlər, Allah belə saqqallı "kişilərdən" də saxlasın! Çünki həmin "kişilər" doğmaca ata-analarının, qohum-əqrabalarının sözlərini yerə vurub, gözlərini ağlar qoyub, müqəddəs valideyin sözünə məhəl verməyib, nakişilik edirlər. Bax, belə yerdə elimizin daha bir köhnə sözü düşür yadıma – Tüpürüm saqqalına!

"Kişi" var ki, heç də saqqal-filan saxlamır, dövlət maraqlarını satır "nurçulara", "Gülən camaatına" adını da qoyur ki, guya onların məqsədləri heç də bu deyilmiş. Onların məqsədləri məktəb açmaq, uşaq oxutmaqdan ibarətdir və s. Amma sonradan məlum olur ki, saqqalsız saqqallılar ölkədə paralel dövlət qurub, həqiqi dövlət maraqlarını arxa plana atmağa cəhd edir, hakimiyyəti ələ almağa səy göstərirlər.

Bütün bunlar öz yerində. Yəni saqqal saxlamaq, hələ o saqqalın ləyaqət rəmzi, milli mentallitet deyilən amili mənasını daşımır. Çünki saqqalı artıq mənşəyi bilinməyən məxluqlar da saxlamağa başlayıb.

Məsələn, mayın 10-da Danimarkada keçirilən "Eurovision" yarışmasında Avstiyadan olan transseksual (yəni bütün dinlərdə qəbul edilməyən günahkar kəsin – R.) saqqallı Konçita Vurstun qələbəsi adıçəkilən yarışmanın əndazədən çıxmasını, rüsvayçılığa tərəf irəliləməsini küfayət qədər sübut edir. Deyirəm, bu Konçita nə yaxşı ki, Azərbaycanda keçirilən "Eurovision" mahnı yarışmasına qatılmadı…

İndi qardaş, həmin bu saqqallı qız dönüb olub Avropanın mətahı! Sosial şəbəkələrdə onun pərəstişkarları arasında parta-part təriflər yağdırılır, mahnıları kilsə xorunda səslənən ayinləri belə, tozda qoyub. Nədi-nədi, həmin bu Konçita Vurst əvvəllər "kişi" olubmuş, indi də dönüb-olub "zənən" xəylağı. Ancaq keçmişini unutmamağı üçün (yəni "kişiliyini") saqqalını qırxmayıb. Gör bu aləm nə günə qalıb ki, oxuduğu mahnısı bir qara qəpiyə dəymədiyi halda, bu şarlatan əməlinin şakr nümunəsu olan "saqqalı" ona "Eurovision"da birincilik qazandırdı. İndi Avropa kef edir, şıllaq atır atır ki, bəs "saqqallı" transseksual bu istiqamətdə birinciliyi qazandı. Nə deyəsən, bir halda ki, oralarda eyni cinslilərin evlənmələrinə rəsmi icazə verilib, bir halda ki, transseksuallar normal insanları üstələyir, onda yanasan a dünya!!!

Söhbətimin də əsas məğzi budur ki, istər xristian, istərsə də müsəlman dini ənənələrinə zidd olan bu hadisəyə Rus Pravoslav Kilsəsi də reaksiya verib. Kilsə Avstriyadan olan saqqallı transvestitin qələbəsini "Avropanın xristian kimliyindən imtinası yönündə daha bir addım" adlandırıb. Digər maraqlı məqam isə Avstriya təmsilçisinə keçmiş sovet respublikalarından təkcə Ermənistan və Gürcüstanın yüksək bal verməsidir!

Əslində bütün bunlar onların öz günah işləridir və özləri də həmin günahlarına cavab verəcəklər nə vaxtsa…Ancaq bu saqqal məsələsi doğrudan da çox əcaib və qəraib təsir bağışladı bizlərə.

Gör, indi heç nəyə görə deyil, sadəcə kişilik atributunu qoruyub-saxlamağa görə saqqal sxlayan rəhmətlik kişilərimiz öz məzarlarında necə qovrulub, o yan-bu yana fırlanırlar…

Heyf, SAQQAL sözündən!

Bütün xəbərlər Facebook səhifəmizdə