​Günel Mövlud ermənilərdən niyə üzr istədi?

Günel Mövludu tanımaq lazımdır

Yazıçı Günel Mövludu çoxunuz tanıyırsız. Onun indiyə kimi özünə "yazıçı" adını qoyub A4 vərəqlərinə porno qoxusu gələn misralarını da oxumamış deyilsiniz. Onun yazdıqlarını ən azı ona görə oxumaq lazımdır ki, bir qadının nə qədər alçala biləcəyinin və müxalifətin "ana-bacı" simvolu olan Günelin əsl simasının şahidi olasan. 70-ci illərin məşhur qadın məsəli olan "ay arvad hələ də köhnə ərindəmisən?" misalını heç o arvadlar günel Mövlud qədər reallaşdıra bilməmişdilər. Bu adamın keçmişi bir yana, indi də kosmopolit düşüncə tərzi ilə Almaniyadan siyasi sığınacaq almaq istəyir.

Qısası, məqsədim Günelin ermənilərə yazdığı məktuba münasibət bildirməkdir. O ki, aldı, Güneli tanımağa elə google-da axtarış verin, oradakı məlumatlar sizin bütün "ehtiyac"larınızı ödəyəcək.

Günelin erməniyə məktub "mövludu", məktubun məğzi

Günel Mövlud ermənilərə məktub yazıb. Məktuba "hörmətli erməni xalqı" xitabı ilə başlayan Günel yazır ki, "Cəbrayıl rayonundan köçkün düşmüşəm, Qarabağ müharibəsində evimi, uşaqlığımı itirmişəm". Ardınca yazır: "Amma yaşadığım səfil və didərgin uşaqlığa, çəkdiyim məşəqqətlərə baxmayaraq, mən sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm".

Bunun ardınca Günel utanmadan özünün mənəvi zəlilliyini bir daha ortaya qoyaraq azərbaycanlılarla erməniləri müqayisə edir: "Dünyada bir-birinə bu qədər, yəni sizinlə bizim qədər oxşayan başqa iki millət tapmaq çətindir". Heç bir tarixi olmayan bir erməni tayfası ilə minilliklərlə dövlətçilik tarixi olan bir azəri-türk millətini bir-birinə bənzətmək, onları müqayisə etmək hansı sağlam məntiqə sığır?

Günelin alnında ləkəsi olan məktubundan geninə-boluna sitatlar yazmaq fikrim də yoxdur, insanın buna səbri də çatmır.

Məktubunda Əkrəm Əylisliyə haqq qazandıran Günel Azərbaycan ziyalılarının, dövlət məmurlarının, ictimai-siyasi xadimlərinin əleyhinə kompromat, böhtan dolu fikirlər yazaraq erməniləri "dərdli xalq" kimi qələmə verir. Yazdıqlarından belə çıxır ki, tarix boyu ermənilərin başımıza gətirdiyi müsibətlərə görə, elə azərbaycanlılar özləri günahkardırlar və ermənilər həqiqətən də haqlı olaraq xalqımıza qarşı qətliamlar həyata keçirib. Guya erməni xalqı tarix boyu ağrı-acı yaşayıb.

Günel Mövlud, sən hələ uşalıqdan "ağrı-acı" terminini bir az fərqli başa düşmüsən, bəlkə bir az da çılpalığı ilə yazıb ermənilərin hansı ağrı çəkdiyini bizə deyərdin?

Günel Mövlud, məktubda "fağır ermənilər" termini işlədərkən Qarabağda zorlanmış fağır qız uşaqları, öldürülən ahıllar, fağır nənələr gözünün önündə canlanmadımı?

Günel Mövlud, bu məktubu niyə məhz Xocalı faciəsinin 22-ci ildünümü ərəfəsində ermənilərə yazdın, niyə məhz bu tarixdə?

Biz başa düşürük, sən özünü "dərk edəndən" Azərbaycan dövlətinin, xalqının, millətinin, mədəniyyətinin gözdən düşməsi üçün əlindən nə gəlibsə etmisən, elə bu gün də edirsən. Əlbəttə, bir gün daşa saplanan, hədəfə dəyməyən düşmən oxların bir gün səni hər şeydən edəcək. Guya nəyin qalıb ki. Guya Azərbaycanda təhsil sıfır, rayonlarımız itib-batır, ölkəmizdə hər şey bərbaddır, Azərbaycanda yeməyə bir tikə çörək belə yoxdur. Həqiqətənmi, olmayan vicdanını bu dəfə də təpikləyib görülən işlərə, inkişafa "dığa" gözü ilə baxa bildin?

Bunu hər kəs gözəl bilir ki, Günelin erməniləri təriflə dolu olan məktubu Xocalı faciəsini, eləcə də Qarabağda azərbaycanlılara qarşı ermənilərin törətdiyi terroru yaddaşlardan silməyə yönəlib.

Günel məktubun sonunda ermənilərdən üzr istəyir: "qarabağlı ermənilərin öz xalqının başına gətirdiyi oyunlara, zülmə, çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm".

Məktubda "qarabağlı ermənilər" məqsədli şəkildə işlədilərək fikri yayaındırmaq üçün istifadə olunub. Dolayısı ilə, Ermənistanda yaşayan ermənilərdən də üzr istəyən Günel Mövluda sual vermək lazımdır, kim kimdən üzr istəməlidir, azərbaycanlı ermənidən, yoxsa erməni azərbaycanlıdan? Günel Mövlud, "qarabağ erməniləri" ifadəsini canfəşanlıqla işlətmisən, əgər cəbhədə xidmət etsəydin və təsadüfən orada yaşayan ermənilərin əlinə düşsəydin səni "nə edərdilər?"

Günel, səni "başa düşürük"

Amma biz sənin bu erməni "sevgi"ni başa düşürük, çünki aylar öncə erməni saytlarında özünü onların biri kimi aparırdın. Azərbaycanda insanlar Xocalıya matəm saxladığı bir gündə bu boyda bir məktubun "sahibi" oldunsa, daha nə sözümüz. Amma düşün, hər pul aldığın kəsin sözünü demə, hər pul aldığında ermənilər müdafiə eləmə. Ən azı mart ayını gözləyə bilrədin. Axı, özünün də dediyin kimi sənin də qohumların Qarabağda ermənilərin zorundan inildəyib məhv olub. Hər halda erməni rəğbətin, erməni "sevgi"n səni düşmədiyin axırıncı hala da saldı.

Bütün xəbərlər Facebook səhifəmizdə